BURADA REKLAMINIZ OLA
BİLƏR

Mətbəxdə xoşagəlməz qoxulara son

Mətbəxdə tez-tez istifadə olunan kəsmə taxtalarında zamanla soğan, sarımsaq, balıq və ya ət qoxusu qala bilər.


Pravda.az bildirir ki, bu qoxunu aradan qaldırmaq üçün ev şəraitində bir neçə üsul tətbiq edilə bilər.


Ən təsirli üsullardan biri taxtanın üzərinə limon sürtmək və bir neçə dəqiqə gözlədikdən sonra ilıq su ilə yumaqdır.


Karbonat da xoşagəlməz qoxuları udmağa kömək edir. Bunun üçün taxtanın üzərinə karbonat səpilir, az miqdarda su əlavə edilərək yumşaq süngərlə silinir.


Sirkə ilə silmək həm qoxunu azaltmağa, həm də səthin daha gigiyenik olmasına kömək edir. Taxtanı yuduqdan sonra tam qurumasını gözləmək də bakteriya və kif əmələ gəlməsinin qarşısını alır.


Mütəxəssislər çiy ət və tərəvəz üçün ayrı-ayrı kəsmə taxtalarından istifadə etməyi, dərin cızıqlar əmələ gələn taxtaları isə vaxtında yenisi ilə əvəz etməyi tövsiyə edirlər.


Əminə Bayramova 

Tarix: 4 Avqust 2026, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin