BURADA REKLAMINIZ OLA
BİLƏR

Darçınla bağlı bilmədikləriniz

Mətbəxin ən sevilən ədviyyatlarından biri olan darçın yalnız yeməklərə və içkilərə xüsusi dad verməklə kifayətlənmir. Tərkibindəki antioksidant maddələr sayəsində sağlam qidalanmanın bir hissəsi kimi faydalı seçim hesab olunur.


Pravda.az bildirir ki, araşdırmalara görə, darçın qan şəkərinin tarazlığının qorunmasına, həzmin rahatlaşmasına və ağızda xoş təravət hissinin yaranmasına dəstək ola bilər.


Darçın isti içkilərə əlavə edildikdə soyuq havalarda daha rahat içim təmin edir. Lakin darçın heç bir xəstəliyin müalicəsi hesab edilmir və dərmanların əvəzi ola bilməz.


Darçını çay, qəhvə, yoqurt, yulaf sıyığı, südlü şirniyyatlar və meyvələrlə birlikdə istifadə etmək mümkündür.


Onun gündəlik rasiona az miqdarda daxil edilməsi, həddindən artıq istehlakdan isə çəkinmək tövsiyə edilir. Xüsusilə hamilələr, qaraciyər xəstəliyi olanlar, şəkərli diabet və ya qan durulaşdırıcı dərman qəbul edən şəxslər darçını çox istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.


Əminə Bayramova 

Tarix: 4 Avqust 2026, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin