BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Ağakişiyevin çantasında poverbank partladı - dodağı və saçları yandı - VİDEO

Tanınmış stilist Anar Ağakişiyev Çinin Quançjou şəhərində bədbəxt hadisə ilə üzləşib.

 

Stilist bu barədə sosial şəbəkə hesabında məlumat verib.

 

O bildirib ki, çantasında olan powerbank qəfil partlayıb. Hadisə nəticəsində Anar Ağakişiyevin dodağı, burnu və saçları yanıb.

 

Stilist hadisənin pasport nəzarəti zamanı baş verdiyini və alovun üzünə qədər çatdığını söyləyib.

 

O, hazırda həkimə getdiklərini bildirib və izləyicilərinə powerbankları uşaqlardan uzaq saxlamağı tövsiyə edib.

 

Anar Ağakişiyev hadisədən sonra çantasının vəziyyətini də nümayiş etdirib. Görüntülərdə powerbankın partlaması nəticəsində çantanın zədələndiyi görünür.Milli.az

 

Tarix: 4 Avqust 2026, 17:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin