BURADA REKLAMINIZ OLA
BİLƏR

"Məhsul" stadionu baxımsız haldadır - VİDEO

Yasamal rayonu ərazisində yerləşən "Məhsul" stadionunu kol-kos basıb, tribunlar dağılıb, bir sözlə, stadiondan əsər-əlamət qalmayıb.

 

Stadion uzun müddətdir baxımsız haldadır.

 

Bir müddət əvvəl təmir olunacağı deyilsə də, hazırda heç bir iş aparılmır.

 

Yaxınlıqda yaşayan sakinlər də bu haldan narazıdırlar. Çünki stadionda həm uşaqlar, həm də böyüklər idmanla məşğul olurdu. Sakinlər insanların istirahət məkanı olan stadionun təmirini arzulayırlar.

 

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdik, lakin heç bir cavab verilmədi.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 4 Avqust 2026, 21:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin