Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qayınatasını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən şəxs Oran Kərimzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2025-ci ilin sentyabrın 26-da Xaçmaz rayonunun Xudat şəhərində baş verib.
Belə ki. təqsirləndirilən şəxs ailə münaqişəsi zəminində qayınatası, zərərçəkmiş İlham Məcidovla (soyadı şərtidir) yaranmış mübahisə zamanı ona qəsdən yumruq zərbəsi endirərək öldürüb.
İş materiallarına əsasən, hadisə günü zərərçəkmiş şəxs həyat yoldaşı ilə birlikdə qızının yaşadığı evə gəlib. Ailədaxili mübahisə zamanı Oran Kərimzadə qayınatasının sol sinə nahiyəsinə yumruq zərbəsi vurub. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmişin döş qəfəsinin ön səthində yumşaq toxumalara qansızma, qalxan aortanın cırılması kimi həyat üçün təhlükəli ağır xəsarətlər yaranıb. O, döş qəfəsinin küt travması nəticəsində aortanın cırılması ilə əlaqədar baş vermiş kəskin daxili qanitirmədən ölüb.
Məhkəmədə ifadə verən Oran Kərimzadə özünü yalnız qismən təqsirli bildiyini deyib. O, hadisədən əvvəl həyat yoldaşı ilə ailədaxili mübahisə yaşandığını və həmin zaman ona xəsarət yetirdiyini etiraf etsə də, qayınatasına qarşı zor tətbiq etmədiyini deyib.
Orxanın sözlərinə görə, hadisə günü qayınatası və qayınanası həyat yoldaşını aparmaq məqsədilə yaşadıqları evə gəliblər. Qayınanası ilə sözlü mübahisəsi olsa da, qayınatası ilə heç bir mübahisəsi olmayıb.
Təqsirləndirilən şəxs qeyd edib ki, İlham Məcidov həyətdən çıxarkən qəfil sinəsini tutaraq diz çöküb və yerə yıxılıb. O, hadisədən sonra qayınatasına kömək etdiyini, dilini boğazından çıxardığını və təcili tibbi yardım gələnədək yanında olduğunu deyib.
Orxan həmçinin vurğulayıb ki, qayınatası bir neçə ay əvvəl açıq ürək əməliyyatı keçirmişdi və ölümün səbəbinin həmin sağlamlıq problemi ilə əlaqəli olduğunu düşünür.
Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində verdiyi ifadələr də elan olunub. Çünki onun məhkəmədə dedikləri ilə istintaq zamanı verdiyi ifadələr arasında müəyyən ziddiyyətlər müəyyən edilib.
İstintaq zamanı verdiyi ifadəsində Orxan bildirib ki, ailədə əsas problemlər qayınanasının müdaxilələri səbəbindən yaranıb. Hadisədən əvvəl həyat yoldaşını döydüyünü etiraf edən təqsirləndirilən şəxs bununla bağlı peşman olduğunu desə də, qayınatasını vurduğunu yenə də inkar edib.
O, ekspertiza rəyini də qəbul etmədiyini, İlham Məcidova heç bir zərbə endirmədiyini və ölüm hadisəsinin onun hərəkətləri ilə bağlı olmadığını bildirib.
Məhkəmədə zərərçəkmiş qismində dindirilən mərhumun qızı isə tamamilə fərqli ifadə verib.
Onun sözlərinə görə, hadisədən bir gün əvvəl həyat yoldaşı Orxan onu döyüb və bu səbəbdən valideynlərini çağırıb. Valideynləri evə gəldikdən sonra mübahisə yenidən alovlanıb.
Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxs əvvəlcə valideynlərini təhqir edib, daha sonra onu zorla aparmağa çalışıb. Atası qızını qorumaq üçün qarşısına keçən zaman Orxan onun sinə nahiyəsinə yumruq zərbəsi vurub. Mərhum əvvəlcə ayaq üstə qalsa da, bir qədər sonra həyətdə yerə yıxılıb.
Zərərçəkmişin sözlərinə görə, atası yerə yıxıldıqdan sonra Orxan da hadisə yerinə yaxınlaşıb və yardım göstərməyə çalışıb.
Kamal Məmmədov
8 Avqust 11:23
8 Avqust 11:11
8 Avqust 10:21
8 Avqust 09:49
8 Avqust 09:35
8 Avqust 09:03
8 Avqust 08:48
8 Avqust 08:38
8 Avqust 08:36
8 Avqust 08:24
8 Avqust 00:58
7 Avqust 23:56
7 Avqust 22:34
7 Avqust 20:23
7 Avqust 20:20
7 Avqust 20:13
7 Avqust 19:02
7 Avqust 18:59
7 Avqust 18:57
7 Avqust 18:53
7 Avqust 18:44
7 Avqust 18:43
7 Avqust 18:34
7 Avqust 18:30
7 Avqust 18:23
7 Avqust 18:18
7 Avqust 18:05
7 Avqust 17:55
7 Avqust 17:47
7 Avqust 17:46
7 Avqust 17:37
7 Avqust 17:32
7 Avqust 17:30
7 Avqust 17:26
7 Avqust 17:23
7 Avqust 17:21
7 Avqust 17:18
7 Avqust 17:13
7 Avqust 17:08
7 Avqust 16:59
7 Avqust 16:55
7 Avqust 16:54
7 Avqust 16:47
7 Avqust 16:41
7 Avqust 16:28
7 Avqust 16:18
7 Avqust 16:04
7 Avqust 16:01
7 Avqust 15:57
7 Avqust 15:41
7 Avqust 15:33
7 Avqust 15:29
7 Avqust 15:21
7 Avqust 15:19
7 Avqust 15:11
7 Avqust 15:05
7 Avqust 14:55
7 Avqust 14:45
7 Avqust 14:43
7 Avqust 14:38
7 Avqust 14:35
7 Avqust 14:32
7 Avqust 14:29
7 Avqust 14:14
7 Avqust 13:55
7 Avqust 13:45
7 Avqust 13:31
7 Avqust 13:28
7 Avqust 13:25
7 Avqust 13:22
7 Avqust 13:20
7 Avqust 13:18
7 Avqust 13:12
7 Avqust 13:08
7 Avqust 12:54
7 Avqust 12:49
7 Avqust 12:44
7 Avqust 12:23
7 Avqust 12:20
7 Avqust 12:02
7 Avqust 11:48
7 Avqust 11:39
7 Avqust 11:28
7 Avqust 11:08
7 Avqust 11:07
7 Avqust 10:52
7 Avqust 10:33
7 Avqust 10:32
7 Avqust 10:30
7 Avqust 10:25
7 Avqust 10:14
7 Avqust 10:13
7 Avqust 10:11
7 Avqust 10:02
7 Avqust 09:35
7 Avqust 09:13
7 Avqust 09:12
7 Avqust 09:12
7 Avqust 09:05
7 Avqust 08:59
7 Avqust 08:56
7 Avqust 08:53
7 Avqust 08:51
7 Avqust 08:45
7 Avqust 08:44
7 Avqust 08:35
7 Avqust 08:30
7 Avqust 08:14
7 Avqust 07:38
7 Avqust 07:37
7 Avqust 07:33
6 Avqust 22:43
6 Avqust 22:11
6 Avqust 21:19
6 Avqust 21:17
6 Avqust 20:57
6 Avqust 20:15
6 Avqust 20:08
6 Avqust 18:59
6 Avqust 18:57
6 Avqust 18:46
6 Avqust 18:34
6 Avqust 18:27
6 Avqust 18:25
6 Avqust 18:14
6 Avqust 18:12
6 Avqust 18:10
6 Avqust 17:57
6 Avqust 17:56
6 Avqust 17:43
6 Avqust 17:35
6 Avqust 17:28
6 Avqust 17:22
6 Avqust 17:18
6 Avqust 17:02
6 Avqust 16:52
6 Avqust 16:37
6 Avqust 16:29
6 Avqust 16:25
6 Avqust 16:16
6 Avqust 16:11
6 Avqust 16:01
6 Avqust 15:51
6 Avqust 15:40
6 Avqust 15:31
6 Avqust 15:18
6 Avqust 15:10
6 Avqust 14:53
6 Avqust 14:49
6 Avqust 14:40
Ən son xəbərləri səhifəmizdən də izləyin