BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrükçülərimiz İrandan Britaniyaya yük aparan maşında 4,5 kq tiryək aşkarladılar - FOTO

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Böyük Britaniyaya “qarışıq ərzaq” yükü aparan nəqliyyat vasitəsində narkotik axtarışı üzrə xidməti itin tətbiqi ilə gömrük yoxlaması aparılıb.

 

İdarədən Pravda.az-a bildirilib ki, nəticədə nəqliyyat vasitəsinin dartıcısındakı soyuducunun alt hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən külli miqdarda - 4 kiloqram 500 qram narkotik vasitə - tiryək aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Fotoları təqdim edirik
Tarix: 5 Avqust 2026, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin