BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əlvida, Gülsarı!” filminin məşhur rejissoru vəfat etdi

Görkəmli qazax kinorejissoru, pedaqoq Ardak Amirkulov vəfat edib.

 

Bu barədə məlumatı Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi verib.

 

Bildirilib ki, Ardak Amirkulov həyatını milli kinematoqrafiyanın inkişafına həsr edib və Qazaxıstanda kino sənətinin inkişafına mühüm töhfələr verib.

 

İstedadlı rejissor, təcrübəli pedaqoq bir neçə nəsil rejissorun peşəkar inkişafında da mühüm rol oynayıb.

 

Ardak Amirkulovun “Otrarun ölümü”, “Abay”, “Əlvida, Gülsarı!” və digər filmləri milli kinematoqrafiyanın qızıl dövrünün bir hissəsinə çevrilib.

 

Nazirlik qeyd edib ki, kinorejissorun ekran əsərləri ölkə tarixinin, xalqın mənəvi dəyərlərinin və insan talelərinin dərin əks olunması baxımından tamaşaçılar və peşəkar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

Tarix: 5 Avqust 2026, 12:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin