BURADA REKLAMINIZ OLA
BİLƏR

Telman Vəliyev və Əyyub Həsənov rəis təyin olundular

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə iki yeni stansiya rəisi təyin olunub.

 

Məlumata görə, bu barədə QSC sədri Vüsal Aslanov əmr imzalayıb.

 

Sədrin əmrləri ilə metronun "Koroğlu" stansiyasının rəis müavini Telman Vəliyev tutduğu vəzifədən azad edilərək "Ulduz" stansiyasının rəisi vəzifəsinə təyin edilib. V.Aslanlının digər əmri ilə "Memar Əcəmi" stansiyasının rəis müavini Əyyub Həsənov tutduğu vəzifədən azad edilərək metronun "Qara Qarayev" stansiyasına rəis təyin edilib.

 

Hər iki şəxs kollektivə təqdim edilib və vəzifəsinin icrasına başlayıb.Oxu.Az

Tarix: 5 Avqust 2026, 12:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin