BURADA REKLAMINIZ OLA
BİLƏR

Digah qəsəbəsində məhkuma aid silah-sursat aşkarlandı

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

 

Bu barədə Pravda.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 5 Avqust 2026, 14:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin