BURADA REKLAMINIZ OLA
BİLƏR

Reyhanı bu yeməklərə əlavə edin: Dadı tamamilə dəyişəcək

Reyhan ətirli dadı və xoş ətri ilə bir çox yeməyə fərqli ləzzət qatır. Həm təzə, həm də qurudulmuş halda istifadə olunan bu ədviyyat salatlardan şorbalara, ət yeməklərindən içkilərə qədər geniş istifadə sahəsinə malikdir.


Pravda.az bildirir ki, təzə reyhan xüsusilə pomidorlu salatlar, pendirli qəlyanaltılar, toyuq və qırmızı ət yeməkləri ilə yaxşı uyğunlaşır. Ondan həmçinin marinadlarda, souslarda və yay aylarında hazırlanan reyhan şərbətində də istifadə edilir.


Qurudulmuş reyhan isə mərci və pomidor şorbalarına, makaronlara, pizzalara, eləcə də ət və toyuq yeməklərinə əlavə edilə bilər. Uzun müddət bişən yeməklərdə aroması daha yaxşı hiss olunur.


Təzə reyhanın ətrini itirməməsi üçün onu yeməyin hazırlanmasının son mərhələsində əlavə etmək tövsiyə edilir. Qurudulmuş reyhan isə bişirmə zamanı istifadə olunduqda yeməyə daha dolğun dad verir.


Əminə Bayramova

Tarix: 5 Avqust 2026, 14:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin