BURADA REKLAMINIZ OLA
BİLƏR

Mürəbbə ləkəsini çıxarmağın asan yolu: Bu üsullar işinizi yüngülləşdirəcək

Mürəbbə ləkəsi qurumadan təmizləndikdə daha asan çıxır. Buna görə də ləkə yarandıqdan sonra mümkün qədər tez müdaxilə etmək tövsiyə olunur.
 

Pravda.az bildirir ki, paltara tökülən mürəbbənin artıq hissəsini qaşıq və ya kağız salfetlə ehtiyatla götürdükdən sonra ləkəli nahiyəni soyuq su ilə yuyun. Daha sonra üzərinə az miqdarda maye yuyucu vasitə çəkərək bir neçə dəqiqə gözlədin və yuyun.


Əgər ləkə quruyubsa, parçanı ilıq suda bir müddət isladıb sonra yuyucu vasitə ilə təmizləmək daha yaxşı nəticə verə bilər. Ağ parçalar üçün oksigen tərkibli ləkəçıxarıcılardan istifadə etmək mümkündür, rəngli paltarlarda isə əvvəlcə parçanın görünməyən hissəsində sınaq aparmaq məsləhətdir.


Mürəbbə ləkəsini təmizləyərkən isti sudan istifadə etməmək tövsiyə edirlər. Çünki yüksək temperatur meyvənin rəng piqmentlərinin parçaya daha möhkəm hopmasına səbəb ola bilər.


Əminə Bayramova 

Tarix: 5 Avqust 2026, 14:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin