BURADA REKLAMINIZ OLA
BİLƏR

Beşyaşlıların məktəblərdə boş qalan yerlərə sərbəst qəbulu başladı

Uşaqların 2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbulu üzrə boş qalan yerlərə prioritetsiz qəbul başlayıb.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) 2026–2027-ci tədris ili üzrə I sinfə qəbul sual-cavab sənədinə əsasən, valideynlər prioriteti olmayan övladları üçün üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin boş qalan yerlərinə tədris digər dillərdə aparılan bölmələr üzrə 5 avqust saat 15:00-dan etibarən sərbəst qaydada sorğu yerləşdirə bilərlər.

 

Qeyd edək ki, Azərbaycan bölməsi üzrə isə 4 avqust saat 15:00 - dan etibarən sorğu yerləşdirmək aktivləşib.

 

Prioritet Azərbaycan bölməsi üzrə 21 iyul – 4 avqust, rus bölməsi üzrə 22 iyul –5 avqust tarixlərində tətbiq edilib.

Tarix: 5 Avqust 2026, 15:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin