BURADA REKLAMINIZ OLA
BİLƏR

Qazaxıstan və Azərbaycanı birləşdirəcək Transxəzər fiber-optik xəttinin dəniz hissəsinin tikintisi başa çatıb

Qazaxıstanda telekommunikasiya sahəsində ən iri infrastruktur layihələrindən birinin - Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər sualtı fiber-optik rabitə xəttinin dəniz hissəsinin tikintisi başa çatıb.

 

AZƏRTAC Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, sualtı kabel Qazaxıstan sahilinə uğurla çatdırılıb. Bununla da “Qazaxtelekom” SC və “AzerTelecom International” şirkətinin həyata keçirdiyi layihənin ən mürəkkəb hissəsi tamamlanıb.

 

Aktau–Sumqayıt marşrutu Qazaxıstanın və Azərbaycanın rəqəmsal infrastrukturunu birləşdirəcək, Asiya ilə Avropa arasında məlumatların yüksək sürətlə birbaşa ötürülməsini təmin edən dəhlizə çevriləcək. Layihə beynəlxalq rabitənin etibarlılığını artıracaq və iki ölkənin tranzit potensialını gücləndirəcək.

Tarix: 5 Avqust 2026, 16:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin