BURADA REKLAMINIZ OLA
BİLƏR

"Əzizə" 3,5 milyon manata satışa çıxdı

Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən şadlıq sarayı satışa çıxarılıb.

 

Pravda.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu, "Əzizə" şadlıq sarayıdır.

 

Əmlaka 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi daxildir.

 

Daşınar əşyalarla birlikdə satışa çıxarılan əmlakın ilkin (bazar) qiyməti 5 milyon 377 min manat müəyyən edilsə də, hazırkı hərrac qiyməti 3 milyon 495 min 50 manat təşkil edir. Bu məbləğ əmlakın minimum satış qiymətinə, yəni bazar dəyərinin 65 faizinə uyğundur.

Tarix: 5 Avqust 2026, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin