BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məsciddə yanğın olub

Fövqəladə Hallar Nazirliyi Bakıda məscid ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.


Nazirlikdən verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.


Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məscidin ərazisində yerləşən tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Məscid yanğından mühafizə olunub.

Tarix: 5 Avqust 2026, 23:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin