BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşınla qadını vuraraq öldürən 61 yaşlı “prava”sız sürücü məhkəmə zalında həbs edildi

Şəki Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən İslam İsbəndiyarovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib. İslam İsbəndiyarovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalından həbs olunub.

 

İttihama görə, 1965-ci il təvəllüdlü İslam İsbəndiyarov 2025-ci ilin oktyabr ayının 27-də axşam saat 18:30 radələrində Qəbələ rayonunun Bunud kəndinin giriş hissəsində etibarnamə əsasında idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

 

İş materiallarına əsasən, o, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayıb. Bundan əlavə, avtomobili yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə edib.

 

Belə ki, təqsirləndirilən şəxs Bunud kəndi istiqamətində təxminən saatda 50 kilometr sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Qanunun bir sıra tələblərini pozub. İslam İsbəndiyarov hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitinə yönəltməyib, təhlükəsiz sürət seçməyib, yol hərəkətinin digər iştirakçıları üçün təhlükəsiz şərait yaratmayıb və avtomobili təhlükəsiz şəkildə idarə etməyib.

 

Araşdırmalar zamanı müəyyən olunub ki, həmin vaxt yolun sağ kənarı ilə hərəkət edən Bunud kənd sakini, 1966-cı il təvəllüdlü piyada Elmira Əhmədova yolun kənarında hərəkətdə olub. Təqsirləndirilən şəxsin piyadanın yanından təhlükəsiz yan məsafəsi saxlamaqla keçmək, zərurət yarandıqda isə avtomobili vaxtında saxlamaq üçün kifayət qədər texniki imkanı olsa da, bunu etməyib. Nəticədə idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə qadını vurub.

 

Hadisə nəticəsində zərərçəkmiş çoxsaylı ağır bədən xəsarətlərdən hadisə yerində vəfat edib.

 

Məhkəmə iclasında Elmira Əhmədova elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib.

 

Kamal Məmmədov

Tarix: 6 Avqust 2026, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin