BURADA REKLAMINIZ OLA
BİLƏR

Küləkli havada dənizə girmək təhlükəlidir - XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.

 

Nazirlikdən Pravda.az-a verilən məlumata görə, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, FHN küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

 

"Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin", FHN-in müracitəində deyilir.

Tarix: 6 Avqust 2026, 10:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin