BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəbizlikdən əziyyət çəkirsiniz? - Bu qidaları rasionunuza əlavə edin

Bağırsaqların nizamlı fəaliyyəti ümumi sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Liflə zəngin qidalar, probiotiklər və kifayət qədər su qəbulu həzmi dəstəkləyərək qəbizliyin qarşısını almağa kömək edə bilər.
 

Pravda.az bildiriir ki, bağırsaqların fəaliyyətini dəstəkləyən qidalar arasında yulaf, tam taxıllar, mərci, noxud və lobya kimi paxlalılar ön sırada yer alır. Quru ərik, quru gavalı, əncir, alma və armud kimi meyvələr də yüksək lif tərkibi ilə həzmi sürətləndirə bilər.


Yoqurt, kefir və təbii turşular kimi probiotik qidalar bağırsaq mikroflorasını dəstəkləyir. Kətan və çia toxumu, eləcə də zeytun yağı da bağırsaqların daha rahat işləməsinə kömək edən qidalar sırasındadır.
 

Lifli qidaların faydasını görmək üçün gün ərzində kifayət qədər su içmək və müntəzəm fiziki aktivliklə məşğul olmaq vacibdir. Uzun müddət davam edən qəbizlik və ya bağırsaq problemləri olduqda isə həkimə müraciət etmək tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 6 Avqust 2026, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin