BURADA REKLAMINIZ OLA
BİLƏR

Qazaxıstan sərnişin daşıyacaq ilk pilotsuz hava gəmisini sınaqdan keçirdi

Qazaxıstan göyərtəsində sərnişin olan ilk pilotsuz hava gəmisini (EH216-S) səmaya qaldırıb.

 

Məlumata görə, təyyarə iki sərnişini daşımaq üçün nəzərdə tutulub, saatda 130 kilometrə qədər sürətə çatır və 35 kilometrədək məsafəyə uça bilir.

 

İlk olaraq, Qazaxıstan ölkənin təbii, mədəni və tarixi abidələri üzərində 5 dəqiqədən 30 dəqiqəyə qədər davam edən nümayiş və turizm marşrutları təşkil etməyi planlaşdırır.

 

Gələcəkdə pilotsuz sərnişin təyyarə sistemləri təcili tibbi yardım göstərmək, dərman çatdırmaq, yanğınsöndürmə, logistika, habelə yüksək sürət və səmərəlilik tələb edən digər vəzifələr üçün istifadə edilə bilər.

Tarix: 6 Avqust 2026, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin