Belçikada aparılan araşdırma zamanı xərçəng hüceyrələrinin istifadə etdiyi mexanizm öyrənilib. Tədqiqat nəticəsində müəyyən olunub ki, metastatik xərçəng hüceyrələri qaraciyərdə mövcud olan qida maddəsindən istifadə edərək immun hüceyrələrinin fəaliyyətini dəyişdirə bilir.
Flanders Biotexnologiya İnstitutunun və Leuven Katolik Universitetinin tədqiqatçıları qaraciyər metastazlarının ətraf toxumalarla qarşılıqlı əlaqəsi və immun hüceyrələrinə təsiri ilə bağlı apardıqları araşdırma barədə yazılı açıqlama yayıb.
Bildirilib ki, normal şəraitdə immun hüceyrələri xərçəng hüceyrələrini tanıyaraq onların məhvinə kömək edir. Lakin tədqiqat göstərib ki, qaraciyərə yayılmış şiş hüceyrələri bu təbii müdafiə mexanizmini zəiflədərək sağqalma imkanlarını artırır.
Vurğulanıb ki, eksperimental modellər bu prosesi bloklamaqla immun hüceyrələrinin xərçəngə qarşı fəaliyyətini yenidən aktivləşdirməyə və qaraciyər metastazlarının böyüməsini ləngitməyə nail olub.
Əldə edilən nəticələrin qaraciyər metastazlarının inkişafı və onların immun sistemi ilə qarşılıqlı əlaqəsi barədə yeni elmi məlumatlar təqdim etdiyi bildirilib. Bununla yanaşı, bu kəşfin xəstələr üçün tətbiq oluna biləcək müalicə üsullarına çevrilməsi məqsədilə əlavə tədqiqatların aparılmasının zəruri olduğu qeyd edilib.
Açıqlamada fikirlərinə yer verilən VIB-KU Leuven Xərçəng Biologiyası Mərkəzinin tədqiqatçısı Sarah-Maria Fendt bildirib ki, qaraciyər metastazlarının müalicəsi hələ də ciddi çətinliklər yaradan sahələrdən biridir. O, xərçəng hüceyrələrinin qaraciyərin özünəməxsus mühitindən necə faydalandığını anlamağın böyük əhəmiyyət daşıdığını vurğulayıb.
“Xərçəng hüceyrələrinin bu mühitdən necə faydalandığını daha yaxşı başa düşməklə, şişləri yenidən immun sistemi qarşısında müdafiəsiz vəziyyətə gətirməyə yönəlmiş tədqiqatlarımızı daha da inkişaf etdirə bilərik”, - deyə Sarah-Maria Fendt vurğulayıb.Azərtac
13 Avqust 10:31
13 Avqust 10:26
13 Avqust 10:22
13 Avqust 10:15
13 Avqust 10:15
13 Avqust 10:10
13 Avqust 10:06
13 Avqust 10:04
13 Avqust 10:02
13 Avqust 09:33
13 Avqust 09:13
13 Avqust 08:53
13 Avqust 08:49
13 Avqust 08:46
13 Avqust 08:45
13 Avqust 08:40
13 Avqust 08:25
13 Avqust 08:20
13 Avqust 08:15
13 Avqust 08:10
13 Avqust 08:05
13 Avqust 07:16
13 Avqust 00:49
13 Avqust 00:44
12 Avqust 23:19
12 Avqust 21:57
12 Avqust 21:53
12 Avqust 19:46
12 Avqust 19:05
12 Avqust 19:04
12 Avqust 19:01
12 Avqust 19:00
12 Avqust 18:58
12 Avqust 18:48
12 Avqust 18:41
12 Avqust 18:34
12 Avqust 18:27
12 Avqust 18:19
12 Avqust 18:14
12 Avqust 18:01
12 Avqust 17:59
12 Avqust 17:57
12 Avqust 17:46
12 Avqust 17:34
12 Avqust 17:32
12 Avqust 17:27
12 Avqust 17:20
12 Avqust 17:16
12 Avqust 17:02
12 Avqust 16:57
12 Avqust 16:47
12 Avqust 16:44
12 Avqust 16:41
12 Avqust 16:34
12 Avqust 16:27
12 Avqust 16:20
12 Avqust 16:08
12 Avqust 16:04
12 Avqust 15:58
12 Avqust 15:52
12 Avqust 15:40
12 Avqust 15:34
12 Avqust 15:25
12 Avqust 15:20
12 Avqust 15:15
12 Avqust 15:10
12 Avqust 15:05
12 Avqust 14:51
12 Avqust 14:44
12 Avqust 14:40
12 Avqust 14:32
12 Avqust 14:26
12 Avqust 14:08
12 Avqust 14:02
12 Avqust 13:58
12 Avqust 13:55
12 Avqust 13:50
12 Avqust 13:44
12 Avqust 13:38
12 Avqust 13:31
12 Avqust 13:25
12 Avqust 13:06
12 Avqust 13:00
12 Avqust 12:56
12 Avqust 12:56
12 Avqust 12:50
12 Avqust 12:45
12 Avqust 12:38
12 Avqust 12:29
12 Avqust 12:18
12 Avqust 12:03
12 Avqust 11:48
12 Avqust 11:33
12 Avqust 11:30
12 Avqust 11:28
12 Avqust 11:26
12 Avqust 11:24
12 Avqust 11:23
12 Avqust 11:22
12 Avqust 11:02
12 Avqust 10:58
12 Avqust 10:56
12 Avqust 10:41
12 Avqust 10:36
12 Avqust 10:27
12 Avqust 10:24
12 Avqust 10:18
12 Avqust 10:17
12 Avqust 10:11
12 Avqust 09:50
12 Avqust 09:49
12 Avqust 09:07
12 Avqust 09:00
12 Avqust 08:55
12 Avqust 08:50
12 Avqust 08:38
12 Avqust 08:38
12 Avqust 08:28
12 Avqust 08:22
12 Avqust 08:06
12 Avqust 07:48
12 Avqust 07:10
12 Avqust 03:13
12 Avqust 00:17
12 Avqust 00:15
12 Avqust 00:12
12 Avqust 00:00
11 Avqust 23:59
11 Avqust 23:57
11 Avqust 23:41
11 Avqust 23:23
11 Avqust 23:20
11 Avqust 23:18
11 Avqust 23:03
11 Avqust 22:55
11 Avqust 22:47
11 Avqust 22:46
11 Avqust 22:45
11 Avqust 22:38
11 Avqust 22:37
11 Avqust 22:34
11 Avqust 22:33
11 Avqust 22:32
11 Avqust 22:31
11 Avqust 22:29
11 Avqust 22:28
11 Avqust 22:27
11 Avqust 22:21
11 Avqust 22:09
11 Avqust 22:04
Ən son xəbərləri səhifəmizdən də izləyin