BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov Azərbaycanın dəstəyi ilə yenidən qurulan İrpen şəhərinə getdi

Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrpen şəhərinə gedib.

 

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev "X" sosial şəbəkəsində paylaşım edib.

 

“Azərbaycanın dəstəyi ilə yenidən qurulan Ukraynanın qəhrəman şəhəri İrpendə xarici işlər naziri Ceyhun Bayramovu salamlamaqdan məmnunam”, – Yuri Husyev bildirib.

 

Səfir Azərbaycanın Ukraynaya göstərdiyi həmrəyliyə görə təşəkkürünü ifadə edib.

 

“Ukraynaya göstərdiyi həmrəyliyə və ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində davam edən birgə səylərə görə Azərbaycana minnətdarıq”, – diplomat vurğulayıb.APA

Tarix: 6 Avqust 2026, 14:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin