Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun metropolitendə xətlərin ayrılması layihəsi çərçivəsində ekspress avtobuslardan istifadə ilə bağlı dedikləri müzakirələrə səbəb olub. Onun “pulsuz olarsa, hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq” deməsi sosial şəbəkələrdə tənqid edilib.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, metropolitendə xətlərin ayrılması ilə bağlı layihənin həyata keçirilməsi zərurəti vətəndaşın üzərinə əlavə yük qoyulması ilə əsaslandırılmamalıdır.

Onun sözlərinə görə, dövlət qurumu infrastrukturu yeniləyirsə, əsas məqsəd sərnişinin daha rahat, sürətli və təhlükəsiz daşınmasını təmin etmək olmalıdır: “Bu proses zamanı yaranan keçid çətinliklərinin vətəndaşa “pulsuz avtobus versək, hamı avtobusa yönələr” məntiqi ilə izah edilməsi inandırıcı görünmür. Ekspress avtobusların müvəqqəti və ya alternativ nəqliyyat vasitəsi kimi təşkil olunması insanların seçim imkanlarını məhdudlaşdırmaq yox, əksinə, metroda yaranan narahatlığı kompensasiya etmək üçün nəzərdə tutulmalıdır. Vətəndaş onsuz da metro xidmətindən istifadə etmək üçün ödəniş edir və xətlərin ayrılması nəticəsində marşrutunu dəyişməli, əlavə vaxt sərf etməli və ya nəqliyyat vasitəsini dəyişməli olursa, bu prosesdə onun üzərinə əlavə xərc qoyulması ədalətli yanaşma deyil. “Avtobus pulsuz olsa, hamı avtobusa keçər” arqumenti də müəyyən qədər problemli yanaşmadır. Əgər ekspress avtobus metro ilə paralel alternativ marşrut yaradırsa, onun pulsuz olması vətəndaş üçün kompensasiya mexanizmi kimi qiymətləndirilməlidir. Dövlətin vəzifəsi vətəndaşı hansı nəqliyyat vasitəsindən istifadə etməyə məcbur etmək deyil, layihənin yaratdığı müvəqqəti çətinlikləri minimuma endirməkdir. Dövlət qurumu öz layihəsini həyata keçirərkən vətəndaşın gündəlik marşrutunu dəyişirsə, sərnişinlərin əlavə vaxt və narahatlıqla üzləşməməsi üçün alternativ nəqliyyatın təşkil edilməsi həmin layihənin ayrılmaz hissəsi olmalıdır. Burada söhbət güzəştdən və ya vətəndaşa edilən yaxşılıqdan deyil, göstərilən xidmətin keyfiyyətinin qorunmasından gedir”.
A.Nəsirli qeyd edib ki, ekspress avtobusların pulsuz olması sərnişinlərin hamısının metrodan imtina edəcəyi anlamına gəlmir: “İnsanlar üçün əsas meyar yalnız qiymət deyil, vaxt, rahatlıq, marşrut və nəqliyyatın etibarlılığıdır. Ona görə də vətəndaşın rahatlığını təmin etmək əvəzinə “pulsuz olsa, hamı avtobusa minər” arqumentindən çıxış etməkdənsə, dövlət qurumları layihənin keçid dövrünü necə daha rahat təşkil edə biləcəklərinə fokuslanmalıdırlar. Nəticədə, metro xətlərinin ayrılması uzunmüddətli perspektivdə sərnişinlər üçün faydalı ola bilər. Amma bu faydanın əldə olunması naminə keçid dövründə yaranan bütün çətinliklərin vətəndaşın hesabına həll edilməsi düzgün deyil. Dövlət layihəni həyata keçirirsə, onun yaratdığı müvəqqəti narahatlığın sosial və maliyyə yükünü də mümkün qədər dövlət öz üzərinə götürməlidir. Vətəndaş Nizami stansiyasından çıxıb, "28 May"da metroya yenidən daxil olduqda onsuz da 60 qəpik əlavə xərcə düşür, heç olmasa ekspress avtobus ödənişsiz olmalıdır ki, xərc vətəndaşla dövlət arasında bölüşdürülsün”.
Şəhanə Qədirli
7 Sentyabr 19:30
7 Sentyabr 18:45
7 Sentyabr 18:43
7 Sentyabr 18:34
7 Sentyabr 18:28
7 Sentyabr 18:01
7 Sentyabr 17:47
7 Sentyabr 17:39
7 Sentyabr 17:35
7 Sentyabr 17:24
7 Sentyabr 17:19
7 Sentyabr 16:55
7 Sentyabr 16:43
7 Sentyabr 16:23
7 Sentyabr 16:13
7 Sentyabr 16:03
7 Sentyabr 15:45
7 Sentyabr 15:19
7 Sentyabr 15:12
7 Sentyabr 15:07
7 Sentyabr 14:59
7 Sentyabr 14:58
7 Sentyabr 14:55
7 Sentyabr 14:54
7 Sentyabr 14:47
7 Sentyabr 14:42
7 Sentyabr 14:40
7 Sentyabr 14:33
7 Sentyabr 14:29
7 Sentyabr 14:25
7 Sentyabr 14:24
7 Sentyabr 14:17
7 Sentyabr 14:16
7 Sentyabr 14:10
7 Sentyabr 14:05
7 Sentyabr 14:00
7 Sentyabr 13:59
7 Sentyabr 13:58
7 Sentyabr 13:54
7 Sentyabr 13:49
7 Sentyabr 13:45
7 Sentyabr 13:40
7 Sentyabr 13:35
7 Sentyabr 13:25
7 Sentyabr 13:18
7 Sentyabr 13:13
7 Sentyabr 13:11
7 Sentyabr 13:09
7 Sentyabr 12:49
7 Sentyabr 12:42
7 Sentyabr 12:37
7 Sentyabr 12:35
7 Sentyabr 12:26
7 Sentyabr 12:17
7 Sentyabr 12:10
7 Sentyabr 12:00
7 Sentyabr 11:42
7 Sentyabr 11:25
7 Sentyabr 11:18
7 Sentyabr 11:12
7 Sentyabr 11:09
7 Sentyabr 11:03
7 Sentyabr 11:01
7 Sentyabr 10:52
7 Sentyabr 10:48
7 Sentyabr 10:45
7 Sentyabr 10:42
7 Sentyabr 10:38
7 Sentyabr 10:34
7 Sentyabr 10:33
7 Sentyabr 10:30
7 Sentyabr 10:27
7 Sentyabr 10:24
7 Sentyabr 10:18
7 Sentyabr 10:11
7 Sentyabr 09:59
7 Sentyabr 09:43
7 Sentyabr 09:26
7 Sentyabr 09:21
7 Sentyabr 09:14
7 Sentyabr 09:10
7 Sentyabr 09:02
7 Sentyabr 08:56
7 Sentyabr 08:55
7 Sentyabr 08:33
7 Sentyabr 08:27
7 Sentyabr 08:20
7 Sentyabr 08:17
7 Sentyabr 08:12
7 Sentyabr 08:08
7 Sentyabr 08:04
7 Sentyabr 07:04
7 Sentyabr 07:00
7 Sentyabr 06:57
6 Sentyabr 22:29
6 Sentyabr 22:27
6 Sentyabr 21:33
6 Sentyabr 20:40
6 Sentyabr 20:38
6 Sentyabr 19:42
6 Sentyabr 19:40
6 Sentyabr 18:47
6 Sentyabr 17:53
6 Sentyabr 17:47
6 Sentyabr 17:45
6 Sentyabr 17:07
6 Sentyabr 16:49
6 Sentyabr 15:45
6 Sentyabr 14:29
6 Sentyabr 14:25
6 Sentyabr 12:46
6 Sentyabr 12:43
6 Sentyabr 11:55
6 Sentyabr 11:47
6 Sentyabr 11:09
6 Sentyabr 11:02
6 Sentyabr 10:43
6 Sentyabr 09:43
6 Sentyabr 09:39
6 Sentyabr 08:15
6 Sentyabr 01:32
6 Sentyabr 00:43
6 Sentyabr 00:26
6 Sentyabr 00:25
5 Sentyabr 23:03
5 Sentyabr 20:55
5 Sentyabr 20:53
5 Sentyabr 20:36
5 Sentyabr 20:32
5 Sentyabr 20:20
5 Sentyabr 19:39
5 Sentyabr 19:33
5 Sentyabr 19:27
5 Sentyabr 19:19
5 Sentyabr 19:01
5 Sentyabr 19:00
5 Sentyabr 18:58
5 Sentyabr 18:56
5 Sentyabr 18:54
5 Sentyabr 17:18
5 Sentyabr 16:04
5 Sentyabr 16:03
5 Sentyabr 15:32
5 Sentyabr 15:31
5 Sentyabr 15:29
5 Sentyabr 15:06
5 Sentyabr 14:17
5 Sentyabr 14:15
5 Sentyabr 13:52
5 Sentyabr 12:42
Ən son xəbərləri səhifəmizdən də izləyin