BURADA REKLAMINIZ OLA
BİLƏR

"Boş şeydir, inanmayın, bu hakimiyyət uşaq pulu verən deyil" - İqtisadçı

Yeni doğulan uşaqlara verməyə pul qalmayıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il büdcəsində də dəyişiklik edildi. DSMF-nin cari il üçün büdcəsində uşağın anadan olmasına görə müavinət üçün cəmi 9 900 000 (doqquz milyon doqquz yüz min) manat nəzərdə tutulur. Nəzərə alsaq ki, uşağın anadan olmasına görə müavinətin məbləği 1 aprel 2019-cu il tarixdən 200 (iki yüz) manat müəyyən edilib. Belə olan halda bu ilin büdcəsində nəzərdə tutulan məbləğ 200 manatdan hesablayanda 49 500 yeni doğulan uşağa çatır. Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar-iyun aylarında açıqladığı demoqrafik məlumata görə, ölkədə 59 356 nəfər doğulub. Heç şübhəsiz ki, ilin ikinci yarsında da təxminən bu qədər uşaq doğulacaq. Bu isə DSMF-nin büdcəsində bu il üçün nəzərdə tutulan məbləğin 2 dəfə artırılmasını tələb edir. Hazırkı büdcədə nəzərdə tutulan məbləğ 49 500 uşağa çatdığından bu saydan çox olan uşaqlara 200 manatlıq birdəfəlik uşaq pulunun hansı mənbədən ödəniləcəyi bilinmir.
Yeri gəlmişkən, onu da nəzərə almaq lazımdır ki, hamiləliyə və doğuma görə, həmçinin uşağa qulluğa görə müavinət də doğum sayından asılı müavinət növləridir. Bu növ müavinət məbləğləri üçün də uyğun vəsait nəzərdə tutulmayıb.
Görünən odur ki, yeni doğulan uşaqlara birdəfəlik ödənişi vaxtında verməyə də vəsait çatmayacaq. Belə olanda nədən yalandan cəmiyyətin başını qatırlar ki, guya Milli Məclisdə uşaq pullarının ödənilməsi üçün işçi qrup yaradılıb. Boş şeydir, inanmayın, bu hakimiyyət uşaq pulu verən deyil.

Qubad İbadoğlu

İqtisadçı

Tarix: 18 Avqust 2020, 23:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin