BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu sahələrdə işləyənlərə 10 min manatadək maaş təklif olunur

Azərbaycanda yüksək əməkhaqqılı vakansiyaların hansı sahələrə aid olduğu açıqlanıb.

 

Dövlət Məşğulluq Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda sistemdə mövcud olan yüksək əməkhaqqılı vakansiyalar əsasən informasiya və rabitə, maliyyə və sığorta, emal sənayesi və digər sahələr üzrədir.

 

Qeyd olunub ki, həmin vakansiyalar şöbə rəisi, maliyyə departamentinin direktoru kimi rəhbər vəzifələri əhatə edir.

 

Eyni zamanda vakansiya bankında xidmət, ticarət, istehsal, kənd təsərrüfatı və digər sahələr üzrə də yüksək əməkhaqqılı iş yerləri mövcuddur.

 

Həmçinin bildirilib ki, vakansiyalar üzrə əməkhaqqı məbləği işəgötürənlər tərəfindən təhsil və ixtisas səviyyəsi, peşə bacarıqları, iş təcrübəsi, əmək funksiyalarının mürəkkəbliyi, iş şəraiti və vəzifəyə dair digər tələblər nəzərə alınmaqla müəyyən edilir.

 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcud olduğu bildirilib.

 

Nazirliyin məlumatına görə, bu vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 000 manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir.

 

Tarix: 7 Avqust 2026, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin