BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəzi bölgələrdə iki gün külək əsəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq olunub.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, avqustun 8-9-da bəzi bölgələrdə küləkli hava şəraiti gözlənilir.

 

Belə ki, Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Tarix: 7 Avqust 2026, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin