“Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan Birgə Bəyannamədən ötən bir il Cənubi Qafqazın siyasi tarixində mühüm mərhələ kimi qiymətləndirilə bilər. 8 avqust 2025-ci il Azərbaycan üçün olduğu kimi, bütövlükdə region üçün də yeni reallıqların formalaşdığı əlamətdar tarixdir. Məhz həmin gün ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb, eyni zamanda regionda uzun illər davam edən qarşıdurmanın siyasi yolla həllinə yönəlmiş mühüm addım atılıb. Bu sənəd sadəcə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində növbəti mərhələ deyil, həm də 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində yaranmış yeni reallıqların beynəlxalq səviyyədə qəbulunun göstəricisidir. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Qələbə nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Bundan sonra Azərbaycan qalib tərəf kimi deyil, sülhün və regional əməkdaşlığın təşəbbüskarı kimi çıxış edərək Ermənistana münasibətlərin yeni mərhələdən başlanmasını təklif etdi”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat xatırladıb ki, 44 günlük müharibədən sonra Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanıb: “Bakı sülh müqaviləsinin hazırlanması üçün beş baza prinsipini təklif edib. Bu prinsiplər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və bir-birinin daxili işlərinə qarışmamaq kimi BMT Nizamnaməsində təsbit olunmuş normalara söykənirdi. Lakin Ermənistan uzun müddət bu prosesə müxtəlif bəhanələrlə mane olmağa çalışdı. Separatçı qüvvələrin dəstəklənməsi, hərbi təxribatlar və mina təhlükəsinin davam etməsi regionda dayanıqlı sülhün yaranmasına əngəl törədirdi. 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi və regionda yeni siyasi reallıq yarandı. Vaşinqtonda əldə olunan razılaşmalar bu reallıqların siyasi müstəvidə möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları yaradıb. Bu gün region artıq qarşıdurma məkanı deyil, nəqliyyat, enerji və iqtisadi layihələrin həyata keçirildiyi yeni əməkdaşlıq platformasına çevrilmək istiqamətində inkişaf edir”.
A.Badamov vurğulayıb ki, Vaşinqton görüşünün ən mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunan razılaşmadır: “Bu layihə regionun nəqliyyat xəritəsini dəyişdirəcək strateji təşəbbüslərdən biridir. TRIPP layihəsi çərçivəsində Zəngəzur marşrutunun inkişaf etdirilməsi Şərq ilə Qərb arasında yeni bağlantıların yaranmasına, regional ticarətin genişlənməsinə və nəqliyyat imkanlarının artmasına xidmət edəcək. TRIPP layihəsi yalnız nəqliyyat layihəsi deyil, həm də regionda qarşılıqlı asılılıq və iqtisadi əməkdaşlıq mühiti yaradan mühüm təşəbbüsdür. Bu layihənin həyata keçirilməsi Azərbaycan, Ermənistan və bütövlükdə Cənubi Qafqaz üçün yeni iqtisadi imkanlar açacaq, regionu beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm hissəsinə çevirəcək. Ötən bir il ərzində Azərbaycan sülh gündəliyinə sadiqliyini praktik addımlarla nümayiş etdirib. Bakı Ermənistana və əks istiqamətə tranzit yüklərin daşınması ilə bağlı məhdudiyyətləri aradan qaldıraraq regional kommunikasiyaların açılmasına verdiyi töhfəni göstərib. Bu addımlar Azərbaycanın əldə olunmuş razılaşmaların inkişaf etdirilməsində maraqlı olduğunu bir daha təsdiqləyir”.
Millət vəkili qeyd edib ki, hazırda yekun sülh müqaviləsinin imzalanması qarşısında əsas məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır: “Bu istiqamətdə lazımi addımlar atıldıqdan sonra iki ölkə arasında münasibətlərin tam normallaşması və regional kommunikasiyaların açılması üçün geniş imkanlar yaranacaq. Ümumilikdə, Vaşinqtonda əldə olunmuş razılaşmalardan ötən bir il göstərdi ki, Cənubi Qafqazda yeni status-kvo formalaşıb. Bu yeni reallığın əsas xüsusiyyəti ondan ibarətdir ki, regionda sülh, sabitlik və əməkdaşlıq perspektivləri qarşıdurmanı əvəz edir. Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində yaranmış bu imkanlar artıq beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir. Vaşinqton razılaşmaları Azərbaycan üçün tarixi Qələbənin diplomatik nəticələrinin möhkəmləndirilməsi, Ermənistan üçün isə yeni reallığı qəbul edərək sülh və əməkdaşlıq yoluna keçmək imkanıdır. Əminliklə demək olar ki, Cənubi Qafqazda formalaşan yeni dövr uzunmüddətli sülh və inkişaf üçün mühüm zəmin yaradır”.
Şəhanə Qədirli
7 Sentyabr 18:45
7 Sentyabr 18:43
7 Sentyabr 18:34
7 Sentyabr 18:28
7 Sentyabr 18:01
7 Sentyabr 17:47
7 Sentyabr 17:39
7 Sentyabr 17:35
7 Sentyabr 17:24
7 Sentyabr 17:19
7 Sentyabr 16:55
7 Sentyabr 16:43
7 Sentyabr 16:23
7 Sentyabr 16:13
7 Sentyabr 16:03
7 Sentyabr 15:45
7 Sentyabr 15:19
7 Sentyabr 15:12
7 Sentyabr 15:07
7 Sentyabr 14:59
7 Sentyabr 14:58
7 Sentyabr 14:55
7 Sentyabr 14:54
7 Sentyabr 14:47
7 Sentyabr 14:42
7 Sentyabr 14:40
7 Sentyabr 14:33
7 Sentyabr 14:29
7 Sentyabr 14:25
7 Sentyabr 14:24
7 Sentyabr 14:17
7 Sentyabr 14:16
7 Sentyabr 14:10
7 Sentyabr 14:05
7 Sentyabr 14:00
7 Sentyabr 13:59
7 Sentyabr 13:58
7 Sentyabr 13:54
7 Sentyabr 13:49
7 Sentyabr 13:45
7 Sentyabr 13:40
7 Sentyabr 13:35
7 Sentyabr 13:25
7 Sentyabr 13:18
7 Sentyabr 13:13
7 Sentyabr 13:11
7 Sentyabr 13:09
7 Sentyabr 12:49
7 Sentyabr 12:42
7 Sentyabr 12:37
7 Sentyabr 12:35
7 Sentyabr 12:26
7 Sentyabr 12:17
7 Sentyabr 12:10
7 Sentyabr 12:00
7 Sentyabr 11:42
7 Sentyabr 11:25
7 Sentyabr 11:18
7 Sentyabr 11:12
7 Sentyabr 11:09
7 Sentyabr 11:03
7 Sentyabr 11:01
7 Sentyabr 10:52
7 Sentyabr 10:48
7 Sentyabr 10:45
7 Sentyabr 10:42
7 Sentyabr 10:38
7 Sentyabr 10:34
7 Sentyabr 10:33
7 Sentyabr 10:30
7 Sentyabr 10:27
7 Sentyabr 10:24
7 Sentyabr 10:18
7 Sentyabr 10:11
7 Sentyabr 09:59
7 Sentyabr 09:43
7 Sentyabr 09:26
7 Sentyabr 09:21
7 Sentyabr 09:14
7 Sentyabr 09:10
7 Sentyabr 09:02
7 Sentyabr 08:56
7 Sentyabr 08:55
7 Sentyabr 08:33
7 Sentyabr 08:27
7 Sentyabr 08:20
7 Sentyabr 08:17
7 Sentyabr 08:12
7 Sentyabr 08:08
7 Sentyabr 08:04
7 Sentyabr 07:04
7 Sentyabr 07:00
7 Sentyabr 06:57
6 Sentyabr 22:29
6 Sentyabr 22:27
6 Sentyabr 21:33
6 Sentyabr 20:40
6 Sentyabr 20:38
6 Sentyabr 19:42
6 Sentyabr 19:40
6 Sentyabr 18:47
6 Sentyabr 17:53
6 Sentyabr 17:47
6 Sentyabr 17:45
6 Sentyabr 17:07
6 Sentyabr 16:49
6 Sentyabr 15:45
6 Sentyabr 14:29
6 Sentyabr 14:25
6 Sentyabr 12:46
6 Sentyabr 12:43
6 Sentyabr 11:55
6 Sentyabr 11:47
6 Sentyabr 11:09
6 Sentyabr 11:02
6 Sentyabr 10:43
6 Sentyabr 09:43
6 Sentyabr 09:39
6 Sentyabr 08:15
6 Sentyabr 01:32
6 Sentyabr 00:43
6 Sentyabr 00:26
6 Sentyabr 00:25
5 Sentyabr 23:03
5 Sentyabr 20:55
5 Sentyabr 20:53
5 Sentyabr 20:36
5 Sentyabr 20:32
5 Sentyabr 20:20
5 Sentyabr 19:39
5 Sentyabr 19:33
5 Sentyabr 19:27
5 Sentyabr 19:19
5 Sentyabr 19:01
5 Sentyabr 19:00
5 Sentyabr 18:58
5 Sentyabr 18:56
5 Sentyabr 18:54
5 Sentyabr 17:18
5 Sentyabr 16:04
5 Sentyabr 16:03
5 Sentyabr 15:32
5 Sentyabr 15:31
5 Sentyabr 15:29
5 Sentyabr 15:06
5 Sentyabr 14:17
5 Sentyabr 14:15
5 Sentyabr 13:52
5 Sentyabr 12:42
5 Sentyabr 12:36
Ən son xəbərləri səhifəmizdən də izləyin