BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyanın İlham Əliyevə zəngi: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanır?

“Bu gün Ermənistan Baş nazirinin Azərbaycan Prezidentinə zəng etməsi onu göstərir ki, Ermənistanda Azərbaycanla yaxşı münasibətlərə maraq göstərən qüvvələr var. Azərbaycan Ermənistanla yaxşı münasibətlər qurmaq, onun ərazi bütövlüyünü tanımağını dəfələrlə bəyan edib. Ümid etmək istəyirik ki, Ermənistanın real addımları bəyanatları ilə üst-üstə düşəcək”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

 

 

A.Mirzəzadə vurğulayıb ki, 8 noyabr 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan tərəfinin sülh müqaviləsini paraflaması, Azərbaycanın öz müstəqilliyi, ərazi bütövlüyünə apardığı mübarizənin məntiqi sonluğu idi: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını artıq minimum rəsmi şəkildə tanımalı oldu. Hər iki tərəf tam sülhün bərqərar olması üçün birgə addımlar atmaq qərarına gəldilər. Azərbaycan tərəfi Ermənistanla normal qonşuluq münasibətlərinə hazırdı və bunun ən bariz nümunəsi Azərbaycan ərazisindən Ermənistana yüklərin göndərilməsi, Azərbaycanın Ermənistana yanacaq satmasıdır. Eyni zamanda digər iqtisadi münasibətlər də müzakirə edilir. Amma onların tam həyata keçməsi, sərhədlərin tam açılması, diplomatik əlaqələrin qurulması Ermənistanın öz konstitusiyasında Azərbaycana ərazi iddiası müddəasının götürülməsindən sonra mümkün ola bilər. Hazırda Ermənistanda yeni konstitusiyaya hazırlıq gedir, ancaq orada Azərbaycanın özünəhörmət prinsipinin təsdiqini tapıb-tapmadığı hələ məlum deyil. Ancaq bununla belə Azərbaycan çox istərdi ki, onun sülhməramlı addımlarına Ermənistan tərəfdən müvafiq addımlar atılsın”.

 

Şəhanə Qədirli

 

Tarix: 8 Avqust 2026, 17:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin