BURADA REKLAMINIZ OLA
BİLƏR

Balakəndə zəncirvari qəza olub, 3 nəfər ölüb

Balakəndə avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb.

 

Məlumata görə, hadisə bu gün səhər saatlarında Katex kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, "Hyundai", "KİA" və "Toyota" markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, xəsarət alanlar var.

 

İlkin məlumata görə, hadisə zamanı "Hyundai" markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Hoorsova Məryəm Kamil qızı, "Toyota" markalı avtomobilin sərnişini Mütəllibov Rəşad Yaşar oğlu hadisə yerində ölüb. Digər ölən şəxsin kimliyi dəqiqləşdirilir.

 

Qəza nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.Report

Tarix: 10 Avqust 2026, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin