BURADA REKLAMINIZ OLA
BİLƏR

Qazaxıstan neft ixracını Azərbaycan üzərindən həyata keçirməyi nəzərdən keçirir

Qazaxıstan iyul ayında Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) fəaliyyətində yaranan fasilələr səbəbindən neft ixracının bir hissəsini alternativ marşrutlara yönəldib.

 

Bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat verib.

 

Nazirliyin “İnterfaks-Qazaxıstan” agentliyinə bildirdiyinə görə, ixrac axınlarının yenidən bölüşdürülməsi istiqamətində işlər aparılır. Bu çərçivədə Atırau–Samara istiqamətində neft nəqlinin həcmi artırılıb, həmçinin Çinə tədarüklər yüksəlib.

 

Qazaxıstan Energetika Nazirliyi alternativ marşrutlar sırasında Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən daşımalar, eləcə də Bakı–Supsa marşrutunu nəzərdən keçirdiyini bildirib.

 

“Bakı–Tbilisi–Ceyhan sistemi ilə nəql, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən daşımalar, həmçinin Bakı–Supsa marşrutu nəzərdən keçirilir”, – deyə nazirlikdən bildiriblər.APA

Tarix: 10 Avqust 2026, 12:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin