Paytaxt sakini Bəhruz Alışov Binəqədi rayonunda yerləşən fərdi yaşayış evinin xəbərdarlıq edilmədən və məhkəmə qərarı olmadan söküldüyünü iddia edir. Aidiyyəti qurumlar isə ərazinin Bakı şəhərinin Baş Planına əsasən ictimai-işgüzar zona olduğunu və həmin ünvanda fərdi yaşayış evinin tikintisinin məqsədəuyğun hesab edilmədiyini bildirirlər. Məsələnin hüquqi tərəfi, xüsusilə mülkiyyətin sökülməsi zamanı qanunvericiliklə müəyyən edilən prosedurlar diqqət çəkir.
Vətəndaşa əvvəlcədən xəbərdarlıq edilmədən və məhkəmə qərarı olmadan onun mülkiyyəti sökülə bilərmi? Qanunvericilikdə bu, necə tənzimlənir?
Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov deyib ki, əgər tikili həqiqətən də tam tikilmiş, istifadəyə verilmiş və faktiki olaraq yaşayış üçün istifadə olunan vəziyyətdədirsə, həmin tikili ilə bağlı məhkəmə qərarı olmadan hər hansı söküntü işinin aparılması yolverilməzdir:
“Bununla bağlı şəhərsalma hüququnu tənzimləyən normalar, o cümlədən müvafiq qanunvericiliyin 29-cu maddəsi, eyni zamanda Mülki Məcəllə, Torpaq Məcəlləsi və digər hüquqi aktların tələbləri mövcuddur. Bu normaların mahiyyəti ondan ibarətdir ki, artıq istifadəyə verilmiş, yaşayış üçün istifadə olunan və tikinti mərhələsində olmayan yaşayış sahəsinin sökülməsi üçün, bir qayda olaraq, məhkəmə qərarı olmalıdır. Bunun alternativi yoxdur. Əks halda belə bir söküntünün aparılması hüquq pozuntusu kimi qiymətləndirilə bilər”.
Vəkil bildirib ki, söhbət tikilməkdə olan və ya tikintisinə yeni başlanılmış, müəyyən hissəsi inşa edilmiş, lakin böyük bir hissəsi hələ hazır olmayan tikilidən gedirsə, burada vəziyyət fərqli ola bilər:
“Belə hallarda tikintinin dayandırılması və artıq inşa edilmiş hissənin sökülməsi ilə bağlı qanunvericilikdə müəyyən prosedurlar və müddətlər nəzərdə tutulur. Lakin burada da konkret vəziyyət mütləq şəkildə qiymətləndirilməlidir. Yəni tikili tam inşa edilmiş və faktiki olaraq yaşayış üçün istifadə olunan vəziyyətdədirsə, onun məhkəmə qərarı olmadan sökülməsi, əlbəttə ki, qanun pozuntusudur. Eyni zamanda, tikilməkdə olan yaşayış sahələri ilə bağlı da yanaşma “tikinti var, dərhal sökülməlidir” prinsipi üzərində qurulmamalıdır. Burada da müvafiq araşdırma və qiymətləndirmə aparılmalıdır. Əgər müəyyən edilərsə ki, həmin tikinti tikinti və şəhərsalma norma və qaydalarına uyğun deyil, müəyyən edilmiş ölçüləri aşır və bu səbəbdən müvafiq razılıq və ya icazə alınmayıb, yaxud tikinti xüsusi rejimli torpaq sahəsində aparılır, o zaman məsələyə başqa cür yanaşılır”.
R.Cəfərov deyib ki, məsələn, strateji obyektlərin yerləşdiyi ərazilər, təhlükəsizlik baxımından xüsusi rejim tətbiq olunan sahələr, təhlükəli mənbələrin yaxınlığında yerləşən ərazilər, kənd təsərrüfatı təyinatlı torpaqlar və digər xüsusi statuslu torpaq sahələri buna aid ola bilər:
“Əgər araşdırma nəticəsində müəyyən edilirsə ki, tikinti və şəhərsalma qayda və normalarına əməl olunmayıb, tikintinin aparılmasına müvafiq razılıq və ya icazə yoxdur və ya tikinti ümumiyyətlə tikinti aparılması qadağan edilən torpaq sahəsində və ya ərazidə həyata keçirilir, belə halda qanunvericiliyin tələblərinə uyğun olaraq söküntü aparıla bilər”.
16 Sentyabr 23:10
16 Sentyabr 23:08
16 Sentyabr 23:03
16 Sentyabr 23:01
16 Sentyabr 22:54
16 Sentyabr 22:15
16 Sentyabr 22:10
16 Sentyabr 22:07
16 Sentyabr 22:01
16 Sentyabr 21:59
16 Sentyabr 21:56
16 Sentyabr 21:55
16 Sentyabr 21:53
16 Sentyabr 20:42
16 Sentyabr 20:41
16 Sentyabr 20:38
16 Sentyabr 20:31
16 Sentyabr 20:29
16 Sentyabr 20:27
16 Sentyabr 19:18
16 Sentyabr 19:01
16 Sentyabr 18:57
16 Sentyabr 18:55
16 Sentyabr 18:48
16 Sentyabr 18:45
16 Sentyabr 18:27
16 Sentyabr 18:23
16 Sentyabr 18:17
16 Sentyabr 18:12
16 Sentyabr 18:07
16 Sentyabr 17:58
16 Sentyabr 17:56
16 Sentyabr 17:48
16 Sentyabr 17:43
16 Sentyabr 17:40
16 Sentyabr 17:29
16 Sentyabr 17:25
16 Sentyabr 17:23
16 Sentyabr 17:19
16 Sentyabr 17:17
16 Sentyabr 17:12
16 Sentyabr 17:11
16 Sentyabr 17:09
16 Sentyabr 17:08
16 Sentyabr 16:59
16 Sentyabr 16:51
16 Sentyabr 16:37
16 Sentyabr 16:21
16 Sentyabr 16:15
16 Sentyabr 16:07
16 Sentyabr 16:04
16 Sentyabr 16:02
16 Sentyabr 15:59
16 Sentyabr 15:48
16 Sentyabr 15:46
16 Sentyabr 15:42
16 Sentyabr 15:37
16 Sentyabr 15:31
16 Sentyabr 15:23
16 Sentyabr 15:08
16 Sentyabr 14:59
16 Sentyabr 14:58
16 Sentyabr 14:46
16 Sentyabr 14:45
16 Sentyabr 14:44
16 Sentyabr 14:25
16 Sentyabr 14:13
16 Sentyabr 13:55
16 Sentyabr 13:45
16 Sentyabr 13:37
16 Sentyabr 13:31
16 Sentyabr 13:29
16 Sentyabr 13:24
16 Sentyabr 13:12
16 Sentyabr 13:08
16 Sentyabr 13:01
16 Sentyabr 12:49
16 Sentyabr 12:45
16 Sentyabr 12:40
16 Sentyabr 12:34
16 Sentyabr 12:26
16 Sentyabr 12:24
16 Sentyabr 12:13
16 Sentyabr 12:11
16 Sentyabr 12:08
16 Sentyabr 11:54
16 Sentyabr 11:44
16 Sentyabr 11:39
16 Sentyabr 11:35
16 Sentyabr 11:30
16 Sentyabr 11:25
16 Sentyabr 11:22
16 Sentyabr 11:20
16 Sentyabr 11:16
16 Sentyabr 11:09
16 Sentyabr 11:05
16 Sentyabr 11:04
16 Sentyabr 11:02
16 Sentyabr 11:00
16 Sentyabr 10:56
16 Sentyabr 10:53
16 Sentyabr 10:50
16 Sentyabr 10:50
16 Sentyabr 10:46
16 Sentyabr 10:28
16 Sentyabr 10:25
16 Sentyabr 09:31
16 Sentyabr 09:21
16 Sentyabr 09:11
16 Sentyabr 09:04
16 Sentyabr 08:57
16 Sentyabr 08:32
16 Sentyabr 08:28
16 Sentyabr 08:24
16 Sentyabr 08:20
16 Sentyabr 08:16
16 Sentyabr 08:14
16 Sentyabr 08:12
16 Sentyabr 08:08
16 Sentyabr 08:04
16 Sentyabr 06:36
16 Sentyabr 06:33
16 Sentyabr 06:28
16 Sentyabr 01:34
16 Sentyabr 01:32
15 Sentyabr 21:53
15 Sentyabr 21:26
15 Sentyabr 20:47
15 Sentyabr 19:02
15 Sentyabr 18:54
15 Sentyabr 18:31
15 Sentyabr 18:29
15 Sentyabr 18:27
15 Sentyabr 18:23
15 Sentyabr 18:21
15 Sentyabr 18:17
15 Sentyabr 18:12
15 Sentyabr 18:06
15 Sentyabr 18:05
15 Sentyabr 18:01
15 Sentyabr 17:59
15 Sentyabr 17:55
15 Sentyabr 17:53
15 Sentyabr 17:47
15 Sentyabr 17:39
15 Sentyabr 17:36
15 Sentyabr 17:34
15 Sentyabr 17:29
15 Sentyabr 17:16
15 Sentyabr 17:10
Ən son xəbərləri səhifəmizdən də izləyin