BURADA REKLAMINIZ OLA
BİLƏR

Liftlər işləmir, Xətai sakinləri evə qalxa bilmirlər - VİDEO

Xətai rayonunun Sarayevo küçəsi, 32 ünvanında yerləşən 9 mərtəbəli binada liftin işləməməsi sakinlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, binada aparılan təmir işləri ilə əlaqədar liftlərin fəaliyyəti dayandırılıb.

 

Baku TV-nin məlumatına görə, hazırda sakinlər mənzillərinə gedib-gəlmək üçün pilləkənlərdən istifadə etməli olurlar.

Bu vəziyyət xüsusilə yuxarı mərtəbələrdə yaşayan yaşlı insanlar, uşaqlı ailələr və hərəkət imkanları məhdud şəxslər üçün ciddi çətinlik yaradır.

 

Sakinlər həmçinin liftlərin istismar müddətinin başa çatdığını və onların yenilənməsinə ehtiyac olduğunu iddia edirlər. Onlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin həlli istiqamətində nəticə əldə olunmayıb.

 

Tarix: 10 Avqust 2026, 16:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin