BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçin Əlibəyli naxçıvanlılardan üzr istədi - VİDEO

“Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişinin ötən sayında muxtar respublikada aparılan abadlıq və yaşıllaşdırma işlərinə kölgə salan yanlış fikirlər səsləndirilib.

 

Pravda.az xəbər verir ki, proqramın 17 avqust tarixində yayımlanan bölümündə aparıcı muxtar respublika sakinlərindən üzr istəyib.

 

Verilişdə tamaşaçılara dəqiqləşməmiş məlumat verilib. Guya Sədərək rayonunda ağacların kəsildiyi bildirilib. Lakin əsl həqiqət isə ondan ibarətdir ki, rayon ərazisində bir neçə quru ağac kəsilərək hərbi hissələrə təhvil verilib. Əvəzində isə kəsilən quru ağacların yerində yeni tinglər əkilib, ümumilikdə, rayon ərazisində bu il də geniş yaşıllaşdırma işləri davam etdirilib.  Muxtar Respublikadan bildirilən ciddi iraddan sonra verilişin bu gün yayımlanan növbəti sayında  aparıcı  Elçin  Əlibəyli yanlış məlumat verildiyinə görə tamaşaçılardan, Naxçıvan Muxtar Respublika sakinlərindən üzr istəyib.

 

Tarix: 19 Avqust 2020, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin