BURADA REKLAMINIZ OLA
BİLƏR

Bir neçə rayonda işıq olmayacaq

Bu gün ölkənin bir neçə rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

 

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 11-də ölkənin bir sıra rayonlarında bəzi hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

 

Ağdaş Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 10:00-dan 14:00-dək Qaradağlı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

 

Tərtər EŞ-nin xidməti ərazisində saat 10:00-dan 14:00-dək Bəyimsarov, Kövdadıq və Rəcəbbəyli kəndlərinin bir hissəsində enerjinin verilişində fasilə yaranacaq.

 

Planlı fasilə saat 10:00-dan 16:00-dək Yevlaxın Aşağı Bucaq, Ərəş, Xaldan, Xanabad, Qaraoğlan, Qəribli, Quşşu, Meyvəli, Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərini də əhatə edəcək.

Tarix: 11 Avqust 2026, 09:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin