BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağstafada 46 yaşlı kişi meyiti aşkarlanıb

Ağstafa rayonu ərazisində kişi meyiti tapılıb.

 

AZƏRTAC-ın məlumatına görə meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında aşkarlanıb.

 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

 

Araşdırma zamanı meyiti aşkarlanan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z.Yolçiyev olduğu müəyyənləşdirilib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

 

Ölümün səbəbi hələlik məlum deyil. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix: 11 Avqust 2026, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin