BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənclər və İdman Nazirliyi kotteclərin təmirinə 1.1 milyon xərcləmək istəyir

Gənclər və İdman Nazirliyinin tabeliyində olan “Azəridmanservis” MMC  Qusar Olimpiya İdman Kompleksi ərazisində yerləşən iki mərtəbəli (1 mərtəbə + mansard) kottecləri təmir etdirir.

 

Pravda.az-ın xəbərinə görə, təmir işlərinə 1 133 633 AZN sərf olunması planlaşdırılır.

 

Nazirlik bundan başqa, 3 ədəd mikroavtobus, 3 ədəd də SUV tipli minik avtomobil alır. Nəqliyyat vasitələrinin alınmasına 385 860 AZN xərclənməsi nəzərdə tutulur.

 

İş icraçıları hələlik müəyyənləşməyib.

 

Cabir

Tarix: 11 Avqust 2026, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin