BURADA REKLAMINIZ OLA
BİLƏR

Usta işlədiyi mənzildən 10 min manatlıq qızıl oğurladı

Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

 

Pravda.az DİN-ə istinadən xəbər verir ki, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.

 

Araşdırmalar davam etdirilir.

Tarix: 11 Avqust 2026, 15:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin