BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şərurlu İsfəndiyar” tikdirdiyi şəxsi universitetdən danışdı: “Xaricdən müəllimlər gətirəcəyəm”

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun təhsil və rektorluqla bağlı açıqlaması cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

 

O, “Zarafat bir yana” verilişində hazırda böyük məktəb tikintiləri ilə məşğul olduğunu və hətta özünü bu müəssisələrdən birinin rəsmi “rektoru” elan etdiyini bildirib. Aparıcının “Təhsil almadan rektor olmaq olur?” sualına isə iş adamı “Rektorun təhsilə nə dəxli var, bu, sadəcə bir vəzifədir”, – deyə cavab verib.

 

“Cebheinfo.az”-a açıqlamasında İsfəndiyar Axundov bildirib ki, hazırda universitet və məktəblərin tikintisi davam edir.

 

O qeyd edib ki, həmin təhsil müəssisəsi nömrə bir olacaq:

 

“Hələ tikinti gedir, başa çatmayıb. Məktəb, universitet tikirəm. O bitəndən sonra, oranı işlədəndə, orada dərs demək üçün xaricdən müəllimlər gətirəcəyəm. Yüksək səviyyədə orada təhsil veriləcək. Tikəndən sonra ixtisaslar üzrə bölünəcək. Böyük bir universitet tikirəm, çox böyük.

 

10 min kvadratmetr universitetin özüdür, hektar yarımın içindədir. Bir də bağçası və s. yüksək səviyyədədir. İki dənə də orta məktəbdir. Biri hazırdır, biri yox. Özü də elə işlətmək istəyirəm ki, nömrə bir olsun”.

 

Şərurlu İsfəndiyar vurğulayıb ki, inşaat gedən müddətdə orada rektordur:

 

“Mən “Orada rektor olacağam” demədim. Orada inşaat gedir. İnşaat gedən müddətdə mən orada rektoram. İnşaat başa çatıb qurtarmayıb axı hələ. İnşaat başa çatanda sonra rektor olmayacağam. Mənim öz işim var. Amma ora mənim şəxsi universitetim olacaq. Verilişdə isə sual verdilər, mən də cavab verdim.

 

Mən elmi dildə danışa da bilmərəm. Hüquqları da bilmirəm, o qədər yalan danışa bilmərəm. Tikilən universitetin “Vasmoy”la, “Həzi Aslanov” metrosu ilə arası az məsafədir”.

Tarix: 11 Avqust 2026, 17:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin