BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan-Özbəkistan münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıldı - FOTO

Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov bu ölkənin xarici işlər nazirinin müavini Bobur Usmanovla görüşüb.

 

Bu barədə R. Məmmədov "X" sosial şəbəkə hesabında məlumat yayıb.

 

"Görüş zamanı Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb", - o yazıb.

 

Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlər üzrə səmərəli əlaqələrin davam etdirilməsi barədə müzakirələr aparıblar.

 

 

Tarix: 11 Avqust 2026, 19:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin