“Naxçıvanın inkişafına yalnız daxili siyasətin və ya regional proseslərin tərkib hissəsi kimi yanaşmaq doğru olmaz. Azərbaycanın bu qədim diyarı geosiyasi və geoiqtisadi mövqeyinə görə bu gün də xüsusi strateji əhəmiyyət daşıyır. Regionda son illər müşahidə olunan dəyişikliklər fonunda Naxçıvanın rolu və qarşısında dayanan imkanlar da əhəmiyyətli dərəcədə genişlənir. Son dövrdə Naxçıvanda həyata keçirilən genişmiqyaslı quruculuq və yenidənqurma layihələri Muxtar Respublikanın sosial-iqtisadi inkişafına yeni dinamika qazandırır. Şəhər və yaşayış məntəqələrinin müasir tələblərə uyğun yenilənməsi, yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, abadlıq və quruculuq işlərinin genişləndirilməsi regionun gələcək inkişafı üçün mühüm zəmin yaradır”.
Bu sözləri Pravda.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, sosial sahəyə xüsusi diqqət yetirilməsi də bu prosesin əsas istiqamətlərindən biridir: “Prezident İlham Əliyevin sosial siyasətə verdiyi önəm nəzərə alınmaqla, sosial obyektlərin yenilənməsi və insanların həyat şəraitinin yaxşılaşdırılması yalnız bugünkü ehtiyacların qarşılanmasına deyil, Naxçıvanın uzunmüddətli inkişaf potensialının gücləndirilməsinə xidmət edir. Naxçıvanın böyük potensiala malik olduğu istiqamətlərdən biri də turizmdir. Qədim tarixi, zəngin mədəni irsi, çoxsaylı tarixi abidələri, təbii sərvətləri və özünəməxsus coğrafi xüsusiyyətləri bu ərazidə müxtəlif turizm istiqamətlərinin inkişafı üçün geniş imkanlar yaradır. Bu potensialın iqtisadi dəyərə çevrilməsi üçün müasir turizm infrastrukturunun qurulması, mövcud imkanların daha effektiv təqdim edilməsi və regionda iqtisadi fəallığın artırılması vacibdir. Yeni investisiyaların cəlb olunması, xidmət sektorunun genişləndirilməsi və yeni gəlir mənbələrinin yaradılması həm Naxçıvanın, həm də bütövlükdə Azərbaycanın iqtisadi dayanıqlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Naxçıvana artıq yalnız keçmişdəki blokada reallığı prizmasından deyil, yeni iqtisadi imkanlar məkanı kimi yanaşmaq lazımdır”.
Politoloq qeyd edib ki, kommunikasiya imkanlarının genişlənməsi Naxçıvan qarşısında tamamilə yeni perspektivlər açır:
“Uzun müddət Azərbaycanın əsas hissəsindən ayrı nəqliyyat əlaqələri şəraitində fəaliyyət göstərən Naxçıvan öz iqtisadi və coğrafi üstünlüklərindən tam istifadə edə bilmirdi. Hazırda isə həmin potensialın üzə çıxarılması və regional iqtisadi sistemə daha sıx inteqrasiyası əsas prioritetlərdən birinə çevrilir. Bütün mürəkkəb şəraitə baxmayaraq, Azərbaycan Naxçıvanın inkişafını daim diqqətdə saxlayıb. Naxçıvanın Azərbaycan, Türkiyə və İran arasında yerləşməsi onun gələcək regional əlaqələr baxımından əhəmiyyətini daha da artırır. Məhz coğrafi mövqeyi bu ərazini nəqliyyat, logistika, ticarət və yükdaşımalar baxımından mühüm strateji mərkəzə çevirmək üçün ciddi üstünlüklər yaradır. TRIPP çərçivəsində nəzərdə tutulan bağlantıların Naxçıvan istiqamətində reallaşdırılması üçün görülən işlərin sürətləndirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın digər regionlarının inkişafı ilə yanaşı, Naxçıvana xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki Cənubi Qafqazda uzun müddət fəaliyyət göstərməyən kommunikasiyaların bərpası regionun iqtisadi xəritəsində mühüm dəyişikliklər yarada bilər. Burada söhbət yalnız avtomobil yollarının və dəmir yollarının bərpasından getmir. Yeni kommunikasiya imkanları daha geniş iqtisadi proseslərin formalaşmasına şərait yaradır. Belə bir sistemdə Azərbaycan mühüm mərkəzi mövqeyə çıxır. Naxçıvanın iqtisadi potensialının və tranzit imkanlarının genişləndirilməsi isə onun regional nəqliyyat sistemindəki rolunu daha da artırır. Naxçıvanın potensialından tam istifadə edildiyi halda, region yalnız tranzit yüklərin keçdiyi məkan olmayacaq. Burada yüklərin qəbul edilməsi, saxlanılması, çeşidlənməsi, logistika xidmətlərinin göstərilməsi və müxtəlif istiqamətlərə yönləndirilməsi kimi əlavə iqtisadi fəaliyyət sahələrinin formalaşması mümkündür. Bu isə Naxçıvan üçün yeni biznes imkanlarının, investisiya layihələrinin və məşğulluq sahələrinin yaranmasına şərait yarada bilər”.
Ş.Həsənovun vurğulayıb ki, Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarına daha fəal şəkildə inteqrasiyası Azərbaycanın Avrasiya nəqliyyat sistemindəki mövqeyinin möhkəmləndirilməsi baxımından da mühüm nəticələr vəd edir: “Bu mənada Naxçıvanın inkişafı yalnız bir regionun iqtisadi tərəqqisi deyil, Azərbaycanın regional mövqelərinin gücləndirilməsi prosesinin mühüm hissəsidir. Naxçıvan hazırda yeni inkişaf və dirçəliş mərhələsinə qədəm qoyur. Bu proses yalnız mövcud infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Əsas məsələ Naxçıvanın regional sistemdəki funksiyasının və rolunun dəyişməsidir. Əgər mövcud imkanlar düzgün qiymətləndirilər və həyata keçirilən layihələr kompleks şəkildə davam etdirilərsə, Naxçıvan gələcəkdə regional nəqliyyat, logistika, ticarət və turizm sisteminin mühüm elementlərindən birinə çevrilə bilər. Nəticə etibarilə, Naxçıvanın inkişafı Azərbaycanın regional strategiyasının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, ölkənin daha geniş geoiqtisadi və geosiyasi məqsədləri ilə də birbaşa bağlıdır. Naxçıvanın qarşısında açılan yeni imkanlar Azərbaycanın regiondakı mövqelərini gücləndirməklə yanaşı, ölkənin Avrasiya məkanında iqtisadi və nəqliyyat əhəmiyyətini də artırır”.
Şəhanə Qədirli
6 Sentyabr 22:29
6 Sentyabr 22:27
6 Sentyabr 21:33
6 Sentyabr 20:40
6 Sentyabr 20:38
6 Sentyabr 19:42
6 Sentyabr 19:40
6 Sentyabr 18:47
6 Sentyabr 17:53
6 Sentyabr 17:47
6 Sentyabr 17:45
6 Sentyabr 17:07
6 Sentyabr 16:49
6 Sentyabr 15:45
6 Sentyabr 14:29
6 Sentyabr 14:25
6 Sentyabr 12:46
6 Sentyabr 12:43
6 Sentyabr 11:55
6 Sentyabr 11:47
6 Sentyabr 11:09
6 Sentyabr 11:02
6 Sentyabr 10:43
6 Sentyabr 09:43
6 Sentyabr 09:39
6 Sentyabr 08:15
6 Sentyabr 01:32
6 Sentyabr 00:43
6 Sentyabr 00:26
6 Sentyabr 00:25
5 Sentyabr 23:03
5 Sentyabr 20:55
5 Sentyabr 20:53
5 Sentyabr 20:36
5 Sentyabr 20:32
5 Sentyabr 20:20
5 Sentyabr 19:39
5 Sentyabr 19:33
5 Sentyabr 19:27
5 Sentyabr 19:19
5 Sentyabr 19:01
5 Sentyabr 19:00
5 Sentyabr 18:58
5 Sentyabr 18:56
5 Sentyabr 18:54
5 Sentyabr 17:18
5 Sentyabr 16:04
5 Sentyabr 16:03
5 Sentyabr 15:32
5 Sentyabr 15:31
5 Sentyabr 15:29
5 Sentyabr 15:06
5 Sentyabr 14:17
5 Sentyabr 14:15
5 Sentyabr 13:52
5 Sentyabr 12:42
5 Sentyabr 12:36
5 Sentyabr 11:35
5 Sentyabr 10:38
5 Sentyabr 10:32
5 Sentyabr 09:58
5 Sentyabr 09:57
5 Sentyabr 09:18
5 Sentyabr 09:12
5 Sentyabr 09:09
5 Sentyabr 09:03
5 Sentyabr 01:30
5 Sentyabr 01:28
4 Sentyabr 22:19
4 Sentyabr 20:35
4 Sentyabr 20:30
4 Sentyabr 20:28
4 Sentyabr 20:27
4 Sentyabr 19:35
4 Sentyabr 18:59
4 Sentyabr 18:56
4 Sentyabr 18:55
4 Sentyabr 18:48
4 Sentyabr 18:42
4 Sentyabr 18:34
4 Sentyabr 18:25
4 Sentyabr 18:15
4 Sentyabr 18:07
4 Sentyabr 17:51
4 Sentyabr 17:45
4 Sentyabr 17:33
4 Sentyabr 17:22
4 Sentyabr 17:19
4 Sentyabr 17:14
4 Sentyabr 16:59
4 Sentyabr 16:44
4 Sentyabr 16:39
4 Sentyabr 16:38
4 Sentyabr 16:31
4 Sentyabr 16:27
4 Sentyabr 16:22
4 Sentyabr 16:18
4 Sentyabr 16:17
4 Sentyabr 16:10
4 Sentyabr 16:03
4 Sentyabr 15:59
4 Sentyabr 15:52
4 Sentyabr 15:45
4 Sentyabr 15:39
4 Sentyabr 15:33
4 Sentyabr 15:28
4 Sentyabr 15:19
4 Sentyabr 15:18
4 Sentyabr 15:16
4 Sentyabr 15:14
4 Sentyabr 14:57
4 Sentyabr 14:49
4 Sentyabr 14:42
4 Sentyabr 14:37
4 Sentyabr 14:31
4 Sentyabr 14:25
4 Sentyabr 14:20
4 Sentyabr 14:14
4 Sentyabr 14:10
4 Sentyabr 14:09
4 Sentyabr 14:02
4 Sentyabr 13:53
4 Sentyabr 13:44
4 Sentyabr 13:32
4 Sentyabr 13:18
4 Sentyabr 13:17
4 Sentyabr 13:08
4 Sentyabr 12:56
4 Sentyabr 12:50
4 Sentyabr 12:48
4 Sentyabr 12:40
4 Sentyabr 12:30
4 Sentyabr 12:24
4 Sentyabr 12:21
4 Sentyabr 12:19
4 Sentyabr 12:14
4 Sentyabr 12:09
4 Sentyabr 11:59
4 Sentyabr 11:50
4 Sentyabr 11:32
4 Sentyabr 11:26
4 Sentyabr 11:14
4 Sentyabr 11:05
4 Sentyabr 11:02
4 Sentyabr 10:40
4 Sentyabr 10:38
4 Sentyabr 10:35
4 Sentyabr 10:27
4 Sentyabr 10:21
4 Sentyabr 10:13
Ən son xəbərləri səhifəmizdən də izləyin