“Bəzi yoldaşlarım Tariximiz, Səfəvi dövləti və Şah İsmayıl Xətai şəxsiyyəti ətrafında yenidən (artıq neçənci dəfə) qızışan mübahisələrə niyə münasibət bildirmirsən?”-deyə maraqlanırlar. Yəni, tariximizin bu son dərəcə parlaq dövrü yenidən tarixi kontekstdən və şərtlərdən uzaq, milli və dövlət maraqlarımıza ziyan vuran, lazımsız bir şəkildə müzakirə olunursa, sən niyə susursan? Haqlı sualdır. Lakin təəssüf ki, bu mübahisələr normal dialoq mədəniyyətindən uzaqdır, hörmətsizlik, milli əxlaqımıza yaraşmayan təhqir və böhtanlarla doludur. Belə şəraitdə nə danışasan?”
Pravda.az-ın xəbərinə görə, bunu Xalq şairi Sabir Rüstəmxanlı bildirib.
Onun sözlərinə görə, publisistika kitablarında müzakirə olunan məsələlərə münasibətini açıqlayıb: “Yəni çox yazmışam bu haqda. Bununla bağlı teledebatlara da qatılmışam. Bundan əlavə və ən əsası “Milli taleyimiz və biz” (2018-ci il) və “Vətəndaşlığın əlifbası”(2022-ci il) adlı iki kitabım var ki, birincisi bütövlüklə, ikincisinin böyük bir hissəsi bizim tarixə yanaşma probleminə həsr olunib. Birinci kitab bu gün sosial mediada gah öyülən, gah döyülən Güntay Tölgeye cavab vermək ehtiyacından doğulmuşdu. (12 məktub). Mətbuatda bu kitab "müəllifin Güntay Gəncalp Bayandırlı (Güntay Tölge) və Saleh Məhmətlə apardığı məktublaşmaları, milli kimlik, tarixi yaddaş və türk dünyasının taleyi ilə bağlı dərin düşüncələrini ehtiva edən publisistik-fəlsəfi əsər” ; “Azərbaycan xalqının tarixi keçmişi, milli oyanış prosesləri, dil, etnik və mənəvi dəyərlər, həmçinin çağdaş türk dünyasının qarşılaşdığı problemlərim müzakirə olunurduğu kitab” kimi təqdim olunmuşdu. Maraqlananlar tapıb oxuya bilərlər. Yazdıqlarımı təkrar etmək istəmirəm. Sosial mediadakı düşüncələr, qarşılıqlı ittihamlar getdikcə durulur. Tarix bitmiş bir kitabdır, onu dəfələrlə oxumaq olar, amma bir sözünü də dəyişdirmək mümkün deyil. Onu inkar edib gələcəyi qurmaq olmaz. Bununla uğraşmaqdansa tarixi dərindən öyrənib onun səhvlərini təkrar etməyək. Şah İsmayılı və Səfəvi dövlətini Azərbaycandan qoparıb İrana bağışlamaq, Şah İsmayılın türk kimliyini, Səfəvi dövlətinin türk dövləti olmasını inkar edənlər, nə niyyət güdürlər güdsünlər, əslində böyük yanlışlığa yol vermirlər, çünki İran deyilən ərazi səlcuqlardan başlayaraq min il elə türk yurdu olub. İran demək - burada qədimdən kök atmış türk uluslarının, o cümlədən, Azərbaycan türklərinin vətəni demək idi. İran- Persiya və ya Farsistan deyildir. Fars varlığı yalnız qismən saray yazışmalarında və ədəbiyyatda qalırdı. İran o ərazidə yaşayan bütün xalqların vətəni olsa da , daha çox və bütövlükdə türklərə, Türk sülalə dövlətlərininə məxsus idi, onların vətəni, onların savaşıb qoruduqları, qurduqları doğma yurdlarıydı. Bizim eradan qabaq da bu ərazi İranla Turanın həm savaş, həm yanaşı yaşadıqları məkan olub. Yəni türkün ayağı İrandan heç vaxt üzülməyib. “Türklərin İranı” deyimi çox dəqiqdir. Azərbaycan nə qədər qədim olsa da, dünya və Avropa tarixçiləri Hind-Avropa təəssübkeşliyi ilə daim Persiya adını irəli çıxarıblar. Azərbaycan bəzən İranın bütün ərazisini, bəzən də bir hissəsini bildirib, türklərin daha sıx yaşadığı ölkə olub. Bunu qədim İslam mənbələri də təsdiq edir. (“Azərbaycan haqqında nə deyə bilərsən?”- “Azərbaycan qədimdən türklərin vətənidir”-VII yüzil) İran türkləri bu günə qədər fəxrlə “İranlıyam” deyirlər, haqlıdırlar, çünki İran farslardan çox onlarındır. Buna görə də İran adından imtina etmirlər. “İranlıyam”demək türklüyü inkar və ya fars olmaq anlamına gəlməz”.
15 Sentyabr 21:53
15 Sentyabr 21:26
15 Sentyabr 20:47
15 Sentyabr 19:02
15 Sentyabr 18:54
15 Sentyabr 18:31
15 Sentyabr 18:29
15 Sentyabr 18:27
15 Sentyabr 18:23
15 Sentyabr 18:21
15 Sentyabr 18:17
15 Sentyabr 18:12
15 Sentyabr 18:06
15 Sentyabr 18:05
15 Sentyabr 18:01
15 Sentyabr 17:59
15 Sentyabr 17:55
15 Sentyabr 17:53
15 Sentyabr 17:47
15 Sentyabr 17:39
15 Sentyabr 17:36
15 Sentyabr 17:34
15 Sentyabr 17:29
15 Sentyabr 17:16
15 Sentyabr 17:10
15 Sentyabr 17:09
15 Sentyabr 17:08
15 Sentyabr 17:07
15 Sentyabr 17:01
15 Sentyabr 17:00
15 Sentyabr 16:59
15 Sentyabr 16:59
15 Sentyabr 16:52
15 Sentyabr 16:51
15 Sentyabr 16:49
15 Sentyabr 16:48
15 Sentyabr 16:47
15 Sentyabr 16:45
15 Sentyabr 16:44
15 Sentyabr 16:44
15 Sentyabr 16:42
15 Sentyabr 16:41
15 Sentyabr 16:41
15 Sentyabr 16:39
15 Sentyabr 16:38
15 Sentyabr 16:37
15 Sentyabr 16:36
15 Sentyabr 16:35
15 Sentyabr 16:34
15 Sentyabr 16:32
15 Sentyabr 16:30
15 Sentyabr 16:15
15 Sentyabr 16:04
15 Sentyabr 15:57
15 Sentyabr 15:48
15 Sentyabr 15:44
15 Sentyabr 15:43
15 Sentyabr 15:37
15 Sentyabr 15:35
15 Sentyabr 15:15
15 Sentyabr 15:12
15 Sentyabr 15:09
15 Sentyabr 15:08
15 Sentyabr 15:05
15 Sentyabr 14:59
15 Sentyabr 14:55
15 Sentyabr 14:49
15 Sentyabr 14:45
15 Sentyabr 14:41
15 Sentyabr 14:35
15 Sentyabr 14:32
15 Sentyabr 14:30
15 Sentyabr 14:28
15 Sentyabr 14:18
15 Sentyabr 14:13
15 Sentyabr 14:11
15 Sentyabr 14:09
15 Sentyabr 14:08
15 Sentyabr 13:54
15 Sentyabr 13:16
15 Sentyabr 13:13
15 Sentyabr 13:01
15 Sentyabr 12:59
15 Sentyabr 12:30
15 Sentyabr 12:27
15 Sentyabr 12:25
15 Sentyabr 12:24
15 Sentyabr 12:14
15 Sentyabr 11:58
15 Sentyabr 11:46
15 Sentyabr 11:34
15 Sentyabr 11:19
15 Sentyabr 11:06
15 Sentyabr 10:55
15 Sentyabr 10:45
15 Sentyabr 10:39
15 Sentyabr 10:36
15 Sentyabr 10:25
15 Sentyabr 10:19
15 Sentyabr 10:10
15 Sentyabr 10:09
15 Sentyabr 09:53
15 Sentyabr 09:37
15 Sentyabr 09:31
15 Sentyabr 09:16
15 Sentyabr 09:06
15 Sentyabr 09:00
15 Sentyabr 08:57
15 Sentyabr 08:46
15 Sentyabr 08:44
15 Sentyabr 08:41
15 Sentyabr 08:25
15 Sentyabr 08:24
15 Sentyabr 08:19
15 Sentyabr 08:11
15 Sentyabr 08:04
15 Sentyabr 07:48
15 Sentyabr 07:41
15 Sentyabr 07:37
15 Sentyabr 06:59
15 Sentyabr 06:37
15 Sentyabr 06:34
15 Sentyabr 06:29
15 Sentyabr 06:27
15 Sentyabr 01:19
15 Sentyabr 01:16
14 Sentyabr 21:00
14 Sentyabr 20:13
14 Sentyabr 19:47
14 Sentyabr 19:04
14 Sentyabr 19:02
14 Sentyabr 18:52
14 Sentyabr 18:41
14 Sentyabr 18:32
14 Sentyabr 18:29
14 Sentyabr 18:25
14 Sentyabr 18:15
14 Sentyabr 18:14
14 Sentyabr 18:10
14 Sentyabr 18:08
14 Sentyabr 18:00
14 Sentyabr 17:45
14 Sentyabr 17:41
14 Sentyabr 17:35
14 Sentyabr 17:32
14 Sentyabr 17:21
14 Sentyabr 17:18
14 Sentyabr 17:16
14 Sentyabr 17:12
14 Sentyabr 16:57
Ən son xəbərləri səhifəmizdən də izləyin