“Prezident İlham Əliyevin Naxçıvana səfəri göstərdi ki, Muxtar Respublikanın qarşısında sosial-iqtisadi inkişafdan daha böyük olan strateji hədəflər dayanır. Uzun illər mürəkkəb coğrafi şərait və blokada səbəbindən Azərbaycanın əsas hissəsindən ayrı düşən Naxçıvan indi tamamilə fərqli perspektiv qarşısındadır. Qarşıdakı mərhələdə bu qədim diyarın coğrafi mövqeyi Azərbaycanın regional və qlobal nəqliyyat strategiyasının əsas üstünlüklərindən birinə çevrilə bilər”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, Naxçıvanın İran, Türkiyə və Ermənistanla sərhəddə yerləşməsi ona Cənubi Qafqaz, Türkiyə və Yaxın Şərq arasında təbii bağlantı funksiyası verir: “Bu baxımdan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat əlaqəsinin yaradılması sadəcə daxili kommunikasiyanın bərpası kimi qiymətləndirilə bilməz. Söhbət yeni regional nəqliyyat arxitekturasının formalaşmasından gedir. TRIPP layihəsinin Azərbaycanla Naxçıvanı birləşdirməsi və Trans-Xəzər ticarət marşrutuna bağlanması da məhz bu baxımdan strateji əhəmiyyət daşıyır. Layihənin multimodal nəqliyyatla yanaşı, enerji və kommunikasiya infrastrukturlarını da əhatə etməsi onun potensialını daha da genişləndirir. Bu proses Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində rolunu da əhəmiyyətli dərəcədə gücləndirə bilər. İndiyədək regiondan Qərbə və əks istiqamətdə daşınan yüklərin mühüm hissəsi Gürcüstan üzərindən hərəkət edirdisə, Naxçıvan bağlantısının yaradılması marşrutların şaxələndirilməsinə imkan verəcək. Nəticədə Azərbaycan təkcə tranzit ölkə deyil, müxtəlif nəqliyyat istiqamətlərinin birləşdiyi çoxfunksiyalı logistika mərkəzinə çevrilə bilər. TRIPP-in Trans-Xəzər ticarət marşrutuna yeni bağlantı yaratması da bu perspektivi Avrasiya miqyasına çıxarır”.
Politoloqun sözlərinə görə, Naxçıvanın üstünlüyü yalnız nəqliyyatla məhdudlaşmır və yeni yollar və dəmir yolları formalaşdıqca onların ətrafında logistika mərkəzlərinin, sənaye və istehsal sahələrinin, anbar komplekslərinin və yeni xidmət sahələrinin yaranması üçün imkanlar genişlənəcək: “Başqa sözlə, nəqliyyat dəhlizi zaman keçdikcə iqtisadi inkişaf dəhlizinə çevrilə bilər. Bu isə Naxçıvanda məşğulluğun artmasına, investisiyaların cəlb edilməsinə və yerli istehsalın xarici bazarlara çıxışının asanlaşmasına şərait yaradacaq. Enerji istiqaməti də xüsusi əhəmiyyət daşıyır. Naxçıvanda günəş və su elektrik enerjisi potensialının geniş istifadəsi muxtar respublikanı gələcəkdə həm də potensial enerji ixracatçısına çevirə bilər. Azərbaycan əsas hissəsindən Naxçıvana, oradan Türkiyə istiqamətinə uzanacaq yeni enerji bağlantıları isə daha geniş enerji şəbəkəsinin formalaşmasına zəmin yaradacaq. TRIPP çərçivəsində nəqliyyatla yanaşı enerji və kommunikasiya xətlərinin nəzərdə tutulması bu layihənin gələcəkdə daha böyük regional infrastruktur sisteminə çevrilə biləcəyini göstərir. Beləliklə, Naxçıvan qarşıdakı illərdə Azərbaycanın Türkiyə və İranla iqtisadi əlaqələrinin mühüm halqasına çevrilməklə yanaşı, Mərkəzi Asiyadan Xəzər vasitəsilə gələn yüklərin Qərbə, Türkiyəyə və daha sonra Avropa bazarlarına çıxışında əlavə istiqamət rolunu oynaya bilər. Bu, Naxçıvanın tarixən daşıdığı tranzit funksiyanın müasir infrastruktur əsasında yenidən bərpası deməkdir. Ən mühüm məqam isə budur ki, burada söhbət yalnız bir yolun çəkilməsindən getmir. Yeni nəqliyyat xətləri yeni ticarət, enerji, sənaye və investisiya əlaqələrinin əsasını yarada bilər. Bu baxımdan Naxçıvan üçün həqiqətən yeni bir inkişaf dövrü başlayır. Dünən coğrafi təcrid amili ilə xatırlanan Naxçıvan sabah Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas qovşaqlardan birinə çevrilə bilər. Bu perspektivin reallaşması Azərbaycanın regional mövqeyini möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazı Avrasiyanın dəyişən ticarət xəritəsində daha mühüm mövqeyə çıxara bilər”.
Şəhanə Qədirli
12 Sentyabr 18:10
12 Sentyabr 17:59
12 Sentyabr 17:53
12 Sentyabr 17:45
12 Sentyabr 17:33
12 Sentyabr 17:31
12 Sentyabr 17:20
12 Sentyabr 17:10
12 Sentyabr 16:59
12 Sentyabr 16:50
12 Sentyabr 16:39
12 Sentyabr 16:35
12 Sentyabr 16:24
12 Sentyabr 16:10
12 Sentyabr 16:05
12 Sentyabr 15:51
12 Sentyabr 15:41
12 Sentyabr 15:35
12 Sentyabr 15:23
12 Sentyabr 15:15
12 Sentyabr 15:07
12 Sentyabr 15:03
12 Sentyabr 14:53
12 Sentyabr 14:43
12 Sentyabr 14:29
12 Sentyabr 14:23
12 Sentyabr 14:15
12 Sentyabr 13:59
12 Sentyabr 13:47
12 Sentyabr 13:39
12 Sentyabr 13:26
12 Sentyabr 13:19
12 Sentyabr 13:14
12 Sentyabr 12:59
12 Sentyabr 12:53
12 Sentyabr 12:37
12 Sentyabr 12:25
12 Sentyabr 12:23
12 Sentyabr 12:14
12 Sentyabr 12:02
12 Sentyabr 12:00
12 Sentyabr 11:58
12 Sentyabr 11:47
12 Sentyabr 11:43
12 Sentyabr 11:37
12 Sentyabr 11:27
12 Sentyabr 11:25
12 Sentyabr 11:17
12 Sentyabr 11:10
12 Sentyabr 11:03
12 Sentyabr 11:00
12 Sentyabr 10:52
12 Sentyabr 10:50
12 Sentyabr 10:45
12 Sentyabr 10:35
12 Sentyabr 10:16
12 Sentyabr 10:10
12 Sentyabr 10:03
12 Sentyabr 10:01
12 Sentyabr 09:32
12 Sentyabr 07:43
12 Sentyabr 00:38
12 Sentyabr 00:27
11 Sentyabr 23:59
11 Sentyabr 23:20
11 Sentyabr 21:26
11 Sentyabr 21:21
11 Sentyabr 20:27
11 Sentyabr 19:01
11 Sentyabr 18:55
11 Sentyabr 18:49
11 Sentyabr 18:45
11 Sentyabr 18:39
11 Sentyabr 18:27
11 Sentyabr 18:19
11 Sentyabr 18:15
11 Sentyabr 18:07
11 Sentyabr 17:55
11 Sentyabr 17:47
11 Sentyabr 17:44
11 Sentyabr 17:41
11 Sentyabr 17:35
11 Sentyabr 17:28
11 Sentyabr 17:27
11 Sentyabr 17:24
11 Sentyabr 17:18
11 Sentyabr 17:13
11 Sentyabr 17:03
11 Sentyabr 16:44
11 Sentyabr 16:43
11 Sentyabr 16:38
11 Sentyabr 16:30
11 Sentyabr 16:23
11 Sentyabr 16:22
11 Sentyabr 16:09
11 Sentyabr 16:06
11 Sentyabr 15:59
11 Sentyabr 15:54
11 Sentyabr 15:47
11 Sentyabr 15:41
11 Sentyabr 15:40
11 Sentyabr 15:35
11 Sentyabr 15:34
11 Sentyabr 15:29
11 Sentyabr 15:21
11 Sentyabr 15:19
11 Sentyabr 15:17
11 Sentyabr 15:14
11 Sentyabr 15:12
11 Sentyabr 15:09
11 Sentyabr 15:04
11 Sentyabr 14:59
11 Sentyabr 14:58
11 Sentyabr 14:51
11 Sentyabr 14:47
11 Sentyabr 14:39
11 Sentyabr 14:37
11 Sentyabr 14:27
11 Sentyabr 14:19
11 Sentyabr 14:09
11 Sentyabr 13:58
11 Sentyabr 13:48
11 Sentyabr 13:38
11 Sentyabr 13:33
11 Sentyabr 13:29
11 Sentyabr 13:19
11 Sentyabr 13:16
11 Sentyabr 13:11
11 Sentyabr 13:05
11 Sentyabr 12:58
11 Sentyabr 12:57
11 Sentyabr 12:55
11 Sentyabr 12:49
11 Sentyabr 12:42
11 Sentyabr 12:42
11 Sentyabr 12:37
11 Sentyabr 12:33
11 Sentyabr 12:28
11 Sentyabr 12:25
11 Sentyabr 12:21
11 Sentyabr 12:15
11 Sentyabr 12:05
11 Sentyabr 12:03
11 Sentyabr 12:01
11 Sentyabr 11:58
11 Sentyabr 11:51
11 Sentyabr 11:49
11 Sentyabr 11:45
11 Sentyabr 11:39
11 Sentyabr 11:34
Ən son xəbərləri səhifəmizdən də izləyin