BURADA REKLAMINIZ OLA
BİLƏR

Günəş tutulması başa çatdı - YENİLƏNDİ

Avqustun 12-də ilin ikinci Günəş tutulması olub.

 

Tutulma saat 19:34-də başlayıb və 23:57-də başa çatıb.

 

Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edib.

 

***

08-12 19:48

 

Bu ilin ikinci və son Günəş tutulması başlayıb. Bu, tam Günəş tutulmasıdır.

 

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş tutulması Bakı vaxtı ilə 23:57-də başa çatacaq.

 

Maksimum faza isə saat 21:46-da baş verəcək.

 

Ümumilikdə təxminən 5 saat çəkəcəyi gözlənilən tutulma hadisəsi zamanı günəş diskinin tam tutulması təqribən 7 dəqiqə davam edəcək.

 

Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.

 

İlin ilk Günəş tutulması kimi son Günəş tutulması da Azərbaycandan müşahidə olunmayacaq. Azərbaycandan müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş vermiş qismən Günəş tutulması olub. Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan tam kölgə zolağından kənarda qaldığı üçün yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.

Tarix: 13 Avqust 2026, 00:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin