BURADA REKLAMINIZ OLA
BİLƏR

Yevlaxda baş verən qəzada 2 nəfər ölüb, 5-i yaralanıb - FOTO

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, Yevlaxın Salahlı kəndi ərazisində “Mersedes” və “Lifan” markalı avtomobillər toqquşub.

 

Hadisə nəticəsində “Lifan”ın sürücüsü Akif Hacıyev və onun qardaşı - sərnişin Sabir Hacıyev ölüb. Avtombildə olan Akif Hacıyevin oğu Əli Hacıyev, qardaşı oğulları - Elcan Hacıyev və Nihad Hacıyev, həmyerliləri Rza Xurşudov, eləcə də “Mersedes”in sürücüsü Aqsin Hüseynov xəsarət alıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Fotoları təqdim edirik
Tarix: 13 Avqust 2026, 10:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin