Deputat Razi Nurullayev 400-600 manat əməkhaqqı ilə ailə dolandırmağın mümkün olmadığını bildirib. O, məşğulluq siyasətinin rəqəmsallaşdırılmasını və ƏMAS platformasının istifadəyə verilməsini müsbət addım kimi qiymətləndirib.
Deputatın sözlərinə görə, hazırda 65 mindən çox aktiv vakansiyanın olması əmək bazarında müəyyən hərəkətliliyin göstəricisidir. Lakin əsas məsələ bu vakansiyaların vətəndaşların peşəsinə, ixtisasına, yaşadığı əraziyə və əməkhaqqı gözləntilərinə nə dərəcədə uyğun olmasıdır.
Bəs Azərbaycanda 4 nəfərlik ailənin normal, orta səviyyədə yaşaması üçün ayda nə qədər vəsait lazımdır? Mövcud vakansiyalarla ailəni dolandırmağa imkan verən iş tapmaq mümkündürmü?
Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova məşğulluq siyasətinin rəqəmsallaşdırılmasını və ƏMAS platformasının tətbiqini müsbət və təqdirəlayiq addım hesab etdiyini bildirib.
İqtisadçı deputatın 400-600 manatla ailə dolandırmağın mümkün olmadığı barədə fikrinə münasibət bildirərkən qeyd edib ki, cəmiyyətin əksər hissəsi hazırda minimum əməkhaqqı və ya ondan cüzi yüksək məbləğ qarşılığında işləyir:
“400-600 manatla ailə dolandırmaq hazırda cəmiyyətin böyük hissəsi üçün faktiki reallıqdır. İnsanlar bu məbləğlə dolanmağa çalışırlar. Əsas məsələ yalnız əməkhaqqının məbləği deyil, tətbiq olunan sistem və şərtlərdən vətəndaş məmnuniyyətinin təmin edilməsidir”.
G.Hüseynova bildirib ki, sosial şəbəkələrdə və iş elanları platformalarında əmək qanunvericiliyinə zidd şərtlərlə vakansiyalara rast gəlinir. Onun sözlərinə görə, elanlarda 12-14 saatlıq iş və qarşılığında 400, ən yaxşı halda 600 manat əməkhaqqı təklif olunur.
G.Hüseynova 4 nəfərlik ailənin normal yaşayışı üçün tələb olunan məbləğin ailənin yaşayış şəraitindən və yerləşdiyi ərazidən asılı olduğunu bildirib:
“Hər ailənin xərcləri müxtəlifdir. Elə ailələr var ki, ev büdcəsinə 5 000 manat daxil olsa belə, xərclərini qarşılaya bilmədiyini deyəcək. Elə ailələr də var ki, 600 manat əməkhaqqı ilə xərclərini qarşılaya bilir. Bundan əlavə, şəxsin yaşadığı yer də önəmlidir. Böyük şəhərlərdə, xüsusilə şəhər mərkəzində yaşayan insanların xərcləri şəhər kənarında, kənd və rayonlarda yaşayanlarla müqayisədə daha çoxdur. Hesab edirəm ki, evi olan, borc və kredit öhdəliyi olmayan 4 nəfərlik ailəyə ümumilikdə ayda 1000-1200 manat vəsait kifayət edə bilər”.
Əmək bazarındakı vakansiyaların ailəni dolandırmağa imkan verən gəlir təmin edib-etmədiyinə gəlincə isə, iqtisadçı burada şəffaflığın əsas məsələlərdən biri olduğunu qeyd edib:
“İlk növbədə baxmaq lazımdır ki, şəffaflıq hansı dərəcədə qorunur. Qohumluq, yerlibazlıq, minimum əməkhaqqı ilə yüksək tələblər qoyulması hansı səviyyədədir?”
24 Oktyabr 11:41
24 Oktyabr 11:30
24 Oktyabr 11:14
24 Oktyabr 11:07
24 Oktyabr 10:49
24 Oktyabr 10:38
24 Oktyabr 10:33
24 Oktyabr 10:29
24 Oktyabr 10:25
24 Oktyabr 10:21
24 Oktyabr 10:15
24 Oktyabr 10:10
24 Oktyabr 10:04
24 Oktyabr 09:48
24 Oktyabr 09:39
24 Oktyabr 09:37
24 Oktyabr 09:33
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
Ən son xəbərləri səhifəmizdən də izləyin