BURADA REKLAMINIZ OLA
BİLƏR

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı – FOTO

Mərhum Xalq artisti Amaliya Pənahovaya aid qılınc Türkiyədə satışa çıxarılıb.

 

Pravda.az  “Teleqraf”a istinadən xəbər verir ki, tanınmış aktrisanın 1993-cü ildə Türkiyədə bir quruma və ya şəxsə hədiyyə etdiyi qılınc auksion saytlarının birində yer alıb.

 

Hədiyyə qılıncın üzərində yazılıb: “Türkiyə Cümhuriyyətinin yaranmasının 70 illiyi şərəfinə! Bakı Bələdiyyə Teatrından. Amaliya Əliş qızı Pənahova. 29.10.1993″.

 

Xatırladaq ki, Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib.

 

Xalq artisti 2018-ci ildə vəfat edib.

Fotoları təqdim edirik
Tarix: 13 Avqust 2026, 18:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin