BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəkidə sel fəsadlara səbəb olub - VİDEO

Şəkidə dağ çaylarından gələn sel suları fəsadlara səbəb olub.

 

Sel suları yolları daş-çınqılla örtərək nəqliyyatın hərəkətini çətinləşdirib.

 

Sel sularının artması və istiqamətinin dəyişməsi nəticəsində dağlıq ərazilərdən lil və çınqıl kütləsi Kiş kəndindən yuxarıda yerləşən istirahət mərkəzlərinə gedən avtomobil yoluna tökülüb. Nəticədə yolda nəqliyyatın hərəkəti məhdudlaşıb.

 

Əraziyə ağır texnika cəlb edilib, yolun lil və çınqıldan təmizlənməsi istiqamətində işlər aparılıb. Sel sularının yaşayış məntəqələrinə ziyan vurmasının qarşısı alınıb.

 

Şəki Şəhər-Rayon İcra Hakimiyyəti yanında Fövqəladə hallar komissiyasından verilən məlumata görə, istirahət mərkəzlərinə gedən yolda uçqun baş verməsi nəqliyyatın hərəkətində fasilələrə səbəb olsa da, problem aradan qaldırılıb, hərəkət bərpa olunub.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 13 Avqust 2026, 22:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin