BURADA REKLAMINIZ OLA
BİLƏR

7 ayda 207 min daşınmaz əmlak qeydiyyata alınıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 207 min 35 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

 

Dövlət Xidmətindən Pravda.az-a bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 39 min 556-sı (19 faiz) ilkin, 167 min 479-u (81 faiz) isə təkrar qeydiyyatın payına düşür.

 

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 44 min 830, mənzil – 52 min 822, torpaq sahəsi – 101 min 351, qeyri-yaşayış binası – 1918, qeyri-yaşayış sahəsi – 5684, əmlak kompleksi – 366 və çoxmərtəbəli yaşayış binaları üzərində 64 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 60 min 360-ı Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Tarix: 14 Avqust 2026, 16:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin