BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeməyin dadını dəyişən əsas detal: Duzu belə əlavə edin

Peşəkar aşpazlara görə, yeməyin dadını müəyyən edən əsas məqamlardan biri duzun nə vaxt və necə əlavə edilməsidir. Aşpazlar duzu yalnız sonda deyil, bişirmə prosesinin müxtəlif mərhələlərində az-az əlavə etməyi məsləhət görürlər.

 

Pravda.az bildirir ki, bütün duz növləri eyni deyil və yeməyin növünə uyğun seçim etmək dadı dəyişə bilər. Ət kimi proteinli məhsulların isə çox erkən duzlanması onların teksturasını sərtləşdirə bilər.

 

Aşpazların başqa bir tövsiyəsi isə duzu yeməyin üzərinə hündürdən və barmaqlarla səpməkdir. Bu üsul duzun daha bərabər yayılmasına kömək edir. Həmçinin bəzi yeməklərdə son mərhələdə əlavə edilən dənəli və ya dəniz duzu dadı daha da zənginləşdirə bilər.

 

Əminə Bayramova

Tarix: 14 Avqust 2026, 17:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin