BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

 

Məlumata görə, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda 13 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

 

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.

 

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

 

Tarix: 14 Avqust 2026, 17:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin