BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı model suyun üzərində şou göstərdi - FOTO

Türkiyəli model və aparıcı Çağla Şıkel yeni hobbisi ilə gündəmə gəlib.

 

Ekstremal idman növlərinə marağı ilə tanınan 47 yaşlı Şıkel bu dəfə sörflə məşğul olduğu görüntülərini sosial şəbəkə hesabında paylaşıb.

 

İki uşaq anası olan model əvvəlcə bu idmana övladları ilə vaxt keçirmək üçün başladığını, daha sonra isə onun üçün əsl həvəsə çevrildiyini bildirib.

 

“Hobbi olsun, uşaqlarla sürərəm deyə başladım. Həyatım dəyişdi”, – Çağla Şıkel paylaşımında yazıb.

 

Azərbaycan əsilli model sörf taxtası üzərində çəkilən fotolarını da izləyiciləri ilə bölüşüb.Lent.az

Fotoları təqdim edirik
Tarix: 14 Avqust 2026, 18:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin